Azərbaycan çempionatının ən bahalı futbolçusu məlum oldu
“Transfermarkt” portalı Misli Premyer Liqasında çıxış edən futbolçuların yenilənmiş bazar dəyərlərini açıqlayıb.
Adalet.az xəbər verir ki, siyahıda yer alan 10 futbolçudan 9-u “Qarabağ” klubunun üzvüdür.
Reytinqə kabo-verdeli yarımmüdafiəçi Leandro Andrade başçılıq edir. Onun bazar dəyəri 500 min avro artaraq 3 milyona çatıb.
İkinci pillədə yer alan Ağdam təmsilçisinin digər futbolçusu Nəriman Axundzadənin dəyəri yarım milyon avro artaraq 2,5 milyon olub. Braziliyalı Kadi Borges isə eyni göstərici ilə üçüncü sırada qərarlaşıb.
Misli Premyer Liqasında çıxış edən ən dəyərli 10 futbolçu
1. Leandro Andrade ("Qarabağ") - 3 milyon avro
2. Nəriman Axundzadə ("Qarabağ") - 2,5 milyon avro
3. Kadi Borges ("Qarabağ") - 2,5 milyon avro
4. Mateuş Koxalski ("Qarabağ") - 2 milyon avro
5. Toral Bayramov ("Qarabağ") - 1,8 milyon avro
6. Aleksey Kaşuk ("Qarabağ") - 1,8 milyon avro
7. Pedro Bikalyo ("Qarabağ") - 1,5 milyon avro
8. Emmanuel Addai ("Qarabağ") - 1,5 milyon avro
9. Elvin Cəfərquliyev ("Qarabağ") - 1,5 milyon avro
10. Timoteuş Puxaç ("Sabah") - 1,5 milyon avro.
Digər Xəbərlər
23 Dekabr 2025 13:22
Rafinya karyerasını bitirdi
23 Dekabr 2025 11:46
Misli Premyer Liqasında 2025-ci ilin ən yaxşı komandası müəyyənləşdi
22 Dekabr 2025 17:55
Misli Premyer Liqasında XVII turun oyun cədvəli
22 Dekabr 2025 17:03


Bakı -°C

