Azərbaycan AVRONEST PA-nın iclasından imtina edir
16 oktyabr 2014-cü ildə Brüsseldə AVRONEST PA-nın Büro iclası keçiriləcək. İclasda digər məsələlərlə yanaşı, qurumun növbəti sessiyasının Ermənistanda keçirilməsi ilə bağlı məsələ müzakirə ediləcək.
AvroNest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov qurumun sessiyasının Ermənistanda keçirilməsi ilə bağlı Avronest PA-nın həmsədrləri və Avronest PA-nın Büro üzvlərinə etiraz məktubu ünvanlayıb. Adalet.az həmin məktubu olduğu kimi təqdim edir.
AVRONEST PA həmsədrlərinə, AVRONEST PA Büro üzvlərinə,
Hörmətli həmsədrlər, hörmətli həmkarlar,
Azərbaycan nümayəndə heyəti 2011, 2012 və 2013-cü illərdə davamlı şəkildə Büro iclaslarında AVRONEST PA-da Ermənistanın həmsədrliyinə və AVRONEST PA-nın növbəti sessiyalarının Ermənistanda keçirilməsinə öz qəti etirazını bildirmişdir. Azərbaycan nümayəndə heyəti bir daha Azərbaycanın Dağlıq Qarabağ və ətraf 7 rayonunun əraziləri işğaldan azad edilməyənədək, Sərsəng su anbarının 22 ildən artıq işğal altında qalması nəticəsində Azərbaycanın 400 min əhalisi olan cəbhəyanı rayonları üçün törətdiyi təhlükələr tam aradan qaldırılmayanadək, Naxçıvanın blokadasına son qoyulmayanadək AVRONEST PA-nın sessiyalarının, Büro və komitə iclaslarının Ermənistanda keçirilməsinə qəti etiraz edir, həmin sessiyaların və iclasların işində iştirakdan imtina edəcəyini bildirir.
Digər Xəbərlər
02 May 2024 16:33
Məzahir Pənahov: Noyabrda parlament seçkiləri olmalıdır, müddət önə də çəkilə bilər
02 May 2024 16:08Azərbaycandan dünyaya sülh, təhlükəsizlik çağırışları
02 May 2024 16:04Aqiyə Naxçıvanlı: “Azərbaycanın təcrübəsi bir çox ölkələrdə mədəniyyətlərarası dialoqun qurulması və qorunması məqsədilə istifadə edilə bilər”
02 May 2024 16:02Prezident SƏRƏNCAM İMZALADI: Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək
02 May 2024 13:32