Azər Turanın 60 illik yubileyi qeyd edildi - FOTOLAR

Tənqidçi, publisist, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan Neftçala şəhərində yerləşən Heydər Əliyev adına Mədəniyyət Mərkəzində 60 illik yubileyi keçirilib.
Tədbirdə Aqil Abbas, Çingiz Abdullayev, Nizami Cəfərov, Elnarə Akimova, Alqış Musayev və başqaları iştirak ediblər.
Ziyalılar həmçinin, Azər Turanın atası məşhur ədəbiyyat adamı, ədəbiyyatşünas İmamverdi Əbilovun ev muzeyini də ziyarət ediblər.
Qeyd edək ki, Azər Turan yaradıcılığa 1980-ci illərin əvvəllərində başlayıb, 40-dan artıq kitabı nəşr olunub, Əli bəy Hüseynzadə və Hüseyn Cavid irsinin tədqiqatçısı kimi tanınır, əsasən, türk düşüncə tarixini, türk ədəbiyyatında modernizm cərəyanı və onun təzahür şəkillərini tədqiq edib.
Emin
Digər Xəbərlər

Fikrət Qocanın 90 illiyi qeyd ediləcək - SƏRƏNCAM

Azərbaycan Universitetində tanınmış qələm sahibləri ilə görüş - FOTOLAR

Müəllim qəlbində ümummilli lider Heydər Əliyevin işıqlı xatirəsi...

Surxay Qurbanov – Ağdamın Makarenkosu Yaddaşlarda yaşamaq haqqı qazanmış ziyalı - döyüşçü VİDEO-FOTO

Zərdab və Həsən bəy Zərdabi haqqında - Adil Misirli yazır

Əlabbasın ‘Köhnə Kişi’ Povestinin Bəzi Linqvistik və Üslub Özəllikləri - Nazim Muradov yazır

ELXAN CALALOĞLUNUN ŞEİRLƏRİ
