adalet.az header logo
  • Bakı -°C
04 Fevral 2026 14:23
64
ŞOU-BİZNES
A- A+

Azər Axşam: “Bu halda efirdə mədəniyyətdən, nəzakətdən söhbət gedə bilməz”

Aktyor – aparıcı  Azər Axşam   televiziyalarda baş verənlərdən narahat olduğunu etiraf edib.

Adalet.az bildirir ki, o, aparıcılar sponsora güvənib  televiziya rəhbərliyinə meydan oxuduqlarını söyləyib:

“Bu gün televiziya rəhbərləri hər hansı bir uğursuz  aparıcını  kanaldan kənarlaşdırırlar.  Ancaq yaxşı reytinq gətirir deyə digər televiziya rəhbərləri həmin aparıcını kanala dəvət edirlər.  Onlar da gəlirlər efirə nə danışıqlarını bilirlər, nə rəftarlarını. Nə olsun sponsorları var?! Axı bu, hər şeyi həll etmir. 
Hətta bəzən televiziya rəhbərləri aparıcıya  təklif edirlər ki, istədiyin şəraiti yaradırıq, sən  sponsor gətir.

Aparıcı da bundan istifadə edib deyir ki, mənə heç kəs heç nə deyə bilməz. Bu kanalı mən saxlayıram. Sponsorlarım çoxdur. Belə olan halda, əlbəttə, efirdə mədəniyyətdən, nəzakətdən söhbət gedə bilməz”.

Əntiqə