AZAL: Naxçıvana biletlərin qiyməti dəyişməyib, Füzuliyə müntəzəm reyslər açılır

Azərbaycanın milli aviadaşıyıcısı AZAL tarixində ilk dəfə olaraq Qarabağa müntəzəm reyslərə başlayacaq. Belə ki, aviaşirkət iyulun 13-dən etibarən Bakıdan Füzuli şəhərinə və əks istiqamətdə müntəzəm uçuşlar həyata keçirəcək.
Bu barədə Adalet.az-a "Azərbaycan Hava Yolları" QSC-dən bildirilib.
Uçuşlar həftədə iki dəfə olmaqla çərşənbə və şənbə günləri yerinə yetiriləcək.
Füzuliyə bir tərəfə aviabiletin qiyməti 78 manat təşkil edir. Bu qiymətə 10 kq-a qədər əl yükü və 23 kq-a qədər yük daxildir. Biletlər yaxın zamanlarda AZAL-ın saytında satışa çıxarılacaq.
Qeyd edək ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollegiyasının qərarına əsasən Bakı-Naxçıvan-Bakı marşrutunun sosial aspektləri nəzərə alınaraq, bu marşrut üzrə aviabiletlərin tarifi Azərbaycan Respublikasının vətəndaşları üçün dəyişməz qalıb, xarici vətəndaşlar üçün isə kommersiya şərtlərinə uyğun olaraq müəyyənləşdiriləcək.
Digər Xəbərlər

Bakı-Tiflis qatarı açıla bilərmi?

Bahalıq olacaq...

32 min manatdan çox saxta pul dövriyyədən çıxarılıb

Saatlıq əməkhaqqı sistemi vətəndaşlara nə qazandıracaq?
jpg-1749030801.jpg)
Erməni mediasına cavab:"Xankəndi bizimdir, istərik sökərik, istərik tikərik"

"Binalarda istilik sisteminin bərpa olunmasına ehtiyac var" - Deputat

"Belə olan halda tarif məsələsi mənasızlaşır" - Nazir müavini
