adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
25 Oktyabr 2018 11:32
22286
ƏDƏBİYYAT

Azadlıqdakı ilk gün - Ayxan Ayvaz yazır...

Adalet.az Ayxan Ayvazın "Azadlıqdakı ilk gün" adlı qısa hekayəsini təqdim edir. 


Dustaq azad olduqdan sonra ilk olaraq köşklərəcumdu. İçindəki sıxıntını, əsəblərini, xatırladıqlarını yalnız siqaret onuncanından ala bilərdi. Dörd ay türmədə olan dustağı ən çox düşündürən siqaretdi.Hər gün dörd divar, eni-uzunu eyni bir yerdə qəfəsə salınmış aslan kimi fır-fırfırlanırdı. Ancaq nə illah eləyirdi, yenə siqaret gəlib gözünün qabağındadururdu. Orda bu zəhrimarı vermirdilər. Yemək, içmək, geyim tamamdı, ancaq əsasistəyini əlindən almışdılar. Onda dustaq nə qədər eləyirdi adamlar yadınadüşmürdü. Yalnız siqaret haqqında düşünürdü. Bəlkə istədiyi şeyi hər gün onaversələr azadlıqdamı, yoxsa dustaqlıqdamı olduğunu heç anlamazdı.

Siqareti alıbtez-tələsik damağına birini qoyub tüstülədəndə dustaq indi hiss elədi ki, neçəillər çəkdiyi şeyin tamını unudub. Hələ bu azmış kimi öskürəyi də tutdu. Bu onauşaq vaxtı gizlimcə tualetdə sümürdüyü ilk siqareti xatırlatdı. Onda öskürməkdəniçi yarılmışdı. Uşaqlar da qabağında durub gülür, onu lağa qoyurdular. Sonragetdikcə bu zəhrimara alışdı, universitet illərində də damağından düşmürdü. Özüdə siqareti hər dəfə buraxmaq istəyəndə nəsə əngəl çıxırdı. Siqaret çəkməyə isəhər bəhanəsi vardı. Gah qız sevmək, gah kəsiri çıxmaq, gah da ölüm... Yalnız obilirdi ki, ətrafındakı adamlar daha çox siqaretlə öz dərdini paylaşır,onunla tənhalığını bir keçirir. Siqaret də insanlar kimiydi ona görə. İndi dədamağında tüstülədə-tüstülədə anladı ki, qoyub getdiyi hər şey kimi siqaret dədəyişməyib: hələ də acı, quru və kimsəsizdi.

Onda dustaqbir anlıq düşdündü ki, elə həyatda da, dörd divarın arasında da eynidir, heç nədəyişməyib. Ona görə də onun adı da elə burda da, orda da dustaqdır, vəssalam.Yoxsa kimdir azadlıqda gəzən? Hamı ayrı-ayrı həbsxanalarda yaşayır. Şəhərin işləkküçələri, parklar isə onlara verilən qısa müddətlik istirahətdir. Başqa nə istəyirsən?Hava pulsuz, gəzmək pulsuz. Belə gözəl həyat olar? Dustağın birdən-birə gözləridoldu, dərindən nəfəs aldı və ilk dəfə azadlığa çıxdığını hiss eləyib ürəkdənsevindi.

Dustağınsiqaretdən başqa, bir də sevgilisi vardı görməyə. Yolda elə ancaq onun haqqındadüşünmüşdü. Qız da çathaçatda zəng eləmişdi:

- Bizim küçəyəgələrsiniz, danışarıq, yaxşı?

Hə, bunusevgilisi deyib telefonu keçirmişdi. Ancaq onun səsindən işgüzarlıq, ciddi birgörkəm yağırdı. Elə bil sevgilisi ilə deyil, hansısa müdirlə görüşməyə gələcəkdi.Ayrı vaxt bu qızın ağzından bircə kəlmə də "siz” çıxmazdı, indi isə mədəniləşmişdi,cümlələrin quruluşuna-zad fikir verirdi. Bilmədi niyə, amma dustağa bu yamantoxundu. Çünki o adamların dəyişəcəyinə hələ də inanmırdı.

Qızınyaşadığı yerə gəlib çatdı. Türmədə beton döşəmənin üstünə bu küçənin adınıyazmışdı ki, heç vaxt unutmasın. Hər gün o yazılan yerə ayaq basanda eləbilirdi, bu saat qız görünəcək, uzaqdan ona əl eləyəcək. Orda yaşamağın təkyolunu belə tapmışdı. Dustaqlıqda qızla "görüşə” çıxmağının sayı-hesabı yoxdu.Ancaq sevgilisinin əlləri it-bata çevrilmişdi. Yalnız gözləri divarlardan asılı qalmışdı.

Uzaqdan qızınyaxınlaşmasını gördü. Nədənsə, hər zamankindən fərqli qız çox gözəl geyinmişdi.Elə bil toya-zada gedirdi. Onu heç vaxt bu geyimdə görmədiyindən şaşırdı. Bir dəona təəccübləndi ki, qız onu görəndə əl eləmədi, addımlarını sürətləndirmədi.Sanki sevgilisinin olduğu yerə gec çatmaq üçün qəsdən yavaş-yavaş irəliləyirdi.Bu yeriş tamam başqa qızın yerişiydi, bu baxış tamam özgəydi, bu geyim də onutamam-kamal dəyişmişdi. Qız yaxınlaşdıqca dustaq indi lap dəqiqliyi ilə anladıki, adamların bir-birindən uzaq qalmağı ikisindən birini əməlli-başlı dəyişir.

Qız ona çatankimi:

- Xoş gəlmisiz,həmişə azadlıqda... – dedi və hiss olundi ki, birinci dəfə belə danışır. Özünüqəsdən mədəni göstərməyə çalışdığı hər hərəkətindən bəlliydi. Ancaq dustaq istəyirdiki, qız olduğu kimi görünsün, başqalarına bənzəməyə çalışmasın. Onsuz daazadlığa ayaq basanda onu ayrı vaxt bəyənməyən insanların indi birdən-birə dəyişilməsini,guya qayıtmağına ürək dolusu sevinməsini həzm eləyə bilməmişdi. O, bu iyrəncadamlara qarşı vuruşmağına yalnız sevdiyi qızın kömək edəcəyini düşünmüşdü.Ancaq bu qız da indi qarşısında tamamilə başqalaşmış bir biçimdə görünürdü.

Yanaşıgedirdilər. Qız elə bil onunla əl-ələ tutmaqdan çəkinirdi. Ay Allah, doğurdanmıonun sevdiyi qız bu idi? Üzü-başı rənglənmiş, şıq geyimləri əyninə geyinmiş buadam kimdi? O deyilmiydi, bir dəfə küçənin ortasında, camaatın içində "məni öp”deyən? O saf, təmiz, illərcə əl-ələ o küçə sənin, bu küçə mənim gəzdiyi qızı dabeş il əlindən aldıqları azadlıq kimi özgələşdirmiş, başqalaşdırmışdılar. İndio nə bu qızı, nə də azadlığı anlaya bilmirdi. Bəlkə insanların dəyişməyidirazadlıq? Bəlkə sevdiyin insanın səninlə yad biri kimi danışması əsldustaqlıqdır?

Dustaq qızınikidə bir "siz” deyən danışığına qulaq asa-asa düşündü ki, insanın azad olmağıhələ qurtulmağı, xilas olmağı deyil. Sən demə, hələ divarları aşıb yeni dünyayaqədəm qoymaq üçün illər, çabalar, sinə gərmələr lazım imiş. Eh, nə qədər desəniş var buna. Halbuki həbsxanada olanda nə yaxşı idi: əllərini başının arxasındadaraqlayıb yatırdın, heç belə axmaq düşüncələr də gəlib səni tapmırdı. Ancaqgözünün qabağına bir qız gəlirdi, hərdən çıxıb gedirdi, bir də yağış yağandaçölə baxıb sevinirdin ki, yaxşı ki, isti yerimiz var, yata bilirik. Dustaqbütün bunları gözünün qabağına gətirəndə bir də onu başa düşdü ki, dustaqlıq yanındakıqızın baxışlarındakı özgəlik qədər anlaşılmazdı.

Qız elə bu anonu düşüncələrdən ayırıb:

- Siz həbsdəolanda atam və anam ümidini kəsdilər. Sizi gözləmək istəmədilər. Ona görə də mənibaşqasına verdilər. İndi nişanlıyam. Bir həftəyə toyum olacaq. Sizə də dəvətnaməverəcəm, xahiş edirəm, gələrsiniz.

Qız bunudeyib gülümsündü. İlahi, adama da belə xəbəri bu qədər soyuqqanlıqla verməkmiolar? Bəlkə də həbsxanada vərdiş etmişdi: onlar üçün ən adi bir xəbər belə böyüktəəccüblə qarşılanırdı. Ancaq azadlıqdakı adamların eşitdiyi, bir-birilərinədediyi bu sözlər getdikcə soyuyan otaq kimi olub. Eynən gözəl, təmirli, lakiniçində insanlar yaşamayan evlərə bənzəyib.

Dustaq nə deyəcəyinibilmədi və indi yanında gedən adamın təbəssümünü görüb anladı ki, əslində ikisidə həbsxanada yaşayırmış bu illər. Bircə fərq vardı: o azad olunmuşdu, qız isəyox...