Azad Rəhimov diaspor gənclərinin təşəbbüsünü alqışladı
"Azərbaycan tarixi, həqiqi sözlərinin ifadə edilməsi, torpaqlarının qaytarılması istiqamətində görülən işlər yalnız Bakıda aparılmamalıdır. Bu cür işlər Avropada, dünya ölkələrində savadlı, bilikli gənclər vasitəsilə davam etdirilməlidir".
Adalet.az xəbər verir ki, bu sözləri gənclər və idman naziri Azad Rəhimov Diaspor Gənclərinin I Yay Düşərgəsində jurnalistlərə açıqlaması zamanı deyib.
Nazir qeyd edib ki, ölkəni dünyada tanıtmaq, həqiqi mənada lobbiçilik yaratmaq kifayət qədər əhəmiyyətli və vacib işdir:
"Öncə qeyd etmək istəyərdim ki, Azərbaycanda diaspor gənclərinin ilk dəfə belə bir forumu, yay düşərgəsi keçilir. Bundan əvvəl biz bir dəfə Frankfurt şəhərində Avropa gənclərinin konfransını keçirib, onları bir yerə toplamışıq. Daha sonra 6-7 il bu sahədə iş aparılmayıb. Şadam ki, artıq bu istiqamətdə canlanma yaranıb. Düşünürəm ki, belə tədbirlər ölkə üçün çox vacibdir. Bu sahədə biz bir çox xarici ölkədə təhsil alan tələbələrlə birgə fəaliyyət göstərmişik. Diasporla İş üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi birlikdə bu işi bərpa edəcək. Necə ki, keçmişdə Vyana, Brüssel, Moskva və başqa ölkələrdə bu cür tədbirlər keçirilib, bundan sonra da işlər davam etdiriləcək".(modern.az)
Digər Xəbərlər
02 May 2024 16:33
Məzahir Pənahov: Noyabrda parlament seçkiləri olmalıdır, müddət önə də çəkilə bilər
02 May 2024 16:08Azərbaycandan dünyaya sülh, təhlükəsizlik çağırışları
02 May 2024 16:04Aqiyə Naxçıvanlı: “Azərbaycanın təcrübəsi bir çox ölkələrdə mədəniyyətlərarası dialoqun qurulması və qorunması məqsədilə istifadə edilə bilər”
02 May 2024 16:02Prezident SƏRƏNCAM İMZALADI: Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək
02 May 2024 13:32