ABŞ sərnişin təyyarəsi Bakıda məcburi eniş etdi
“American Airlines” aviaşirkətinə məxsus və Yeni Dehli — Nyu-York marşrutu üzrə hərəkət edən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün sorğu göndərib. Buna səbəb göyərtədəki sərnişinlərdən birinin səhhətində yaranmış kəskin problem olub.
Adalet.az xəbər verir ki, Boeing 787-9 Dreamliner tipli təyyarə yerli vaxtla saat 02:30-da Bakı hava limanına uğurla eniş edib.
Sərnişinə dərhal yerində tibbi yardım göstərilib. Hazırda zəruri tibbi qiymətləndirmə aparılır və sərnişinin vəziyyətinə nəzarət davam etdirilir.
Zəruri prosedurlar başa çatdıqdan sonra hava gəmisinin uçuşu davam etdirilib və saat 10:31-də Bakıdan təyinat məntəqəsinə — London istiqamətində havaya qalxıb.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu aviasiya təhlükəsizliyi və operativ reaksiya sahəsində yüksək beynəlxalq standartlara uyğun fəaliyyət göstərərək, fövqəladə vəziyyətlərdə hava gəmilərinə etibarlı və peşəkar dəstək təmin edir.
Digər Xəbərlər
18 Mart 2026 15:39
SOMDA-da MAXE qəbulu başladı
18 Mart 2026 15:08
4 hindistanlı həkim Azərbaycana təxliyə edilib - YENİLƏNİB
18 Mart 2026 14:49
Parlamentdə müəllimlərin maaş artımından danışıldı
18 Mart 2026 14:15
Azərbaycanın Hörmüz boğazında gəmisi varmı? - RƏSMİ CAVAB
18 Mart 2026 13:17
"Prioritet istiqamət təhsilin keyfiyyətinin yüksəldilməsidir" - Adil Kərimli
18 Mart 2026 12:45
"İnsanlıqdan başqa, istedad olmalıdır" - Polad Bülbüloğlu
18 Mart 2026 12:25
“Azərsun Holdinq” “SOS Uşaq Kənd”ində iftar verib
18 Mart 2026 12:24


Bakı -°C

