adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
15 Mart 2024 11:35
1848
İQTİSADİYYAT

Azad edilmiş ərazilərin dirçəldilməsinə nə qədər vəsait xərclənib?

İşğaldan azad edilmiş ərazilərin bərpasına və dirçəldilməsinə 2023-cü ildə 5,6 milyard manat vəsait sərf edilib. Postmüharibə dövründə isə bu rəqəm 12 milyard manatdan çox olub.

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin martın 15-də keçirilən iclasında deyib.

Sahibə Qafarova diqqətə çatdırıb ki, Nazirlər Kabinetinin Milli Məclisdə hesabat verməsi qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində önəmli rol oynayır.