Azad edilmiş ərazilərdə daha 109 mina aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (15.09.2025-21.09.2025) məlumat açıqlanıb.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Adalet.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 95 piyada əleyhinə mina, 14 tank əleyhinə mina, 1286 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 1 130,6 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
Digər Xəbərlər

Vilayət Eyvazov əməliyyat müşavirəsi keçirdi - FOTO

"Azərbaycan bütün əsgərləri azad edib" - Muradov

Taksi qiymətləri ilə bağlı RƏSMİ AÇIQLAMA

Kərim Vəliyev Belarusa getdi

“Laçınlılar ittiham olunmalı deyil...” – Sabiq alay komandiri OD PÜSKÜRDÜ

AYNA-dan avtobuslar arasındakı intervalla bağlı AÇIQLAMA

"Daşıyıcılar minimum resurs hesabına daha çox sərnişin daşımaq niyyəti güdürlər" - AYNA
