Sürücüsü iş adamını güllələdi

Ankaranın Çankaya rayonunda iş adamı Z.E. sürücüsü Z.Ş. tərəfindən silahla vurularaq yaralanıb.
Adalet.az xəbər verir ki, hadisə səhər saatlarında Cevizlidere küçəsində, avtomobildə baş verib.
İnşaat sektorunda fəaliyyət göstərən Z.E. ilə sürücüsü arasında avtomobildə mübahisə yaranıb. Mübahisə böyüdükdən sonra Z.Ş. yanında olan tapança ilə müdirinə atəş açıb.
Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Ayağından yaralanan Z.E.yə ilkin tibbi yardım göstərilib və xəstəxanaya çatdırılıb.
Hadisədən sonra qaçan Z.Ş. qısa müddətdə saxlanılıb və hadisə zamanı istifadə etdiyi silah ələ keçirilib.
Saxlanılan Z.Ş. ilkin ifadəsində müdiri tərəfindən adına şirkət qurulduğunu, şirkətin batdığını və borcların ödənilmədiyini bildirib. Məhz bu səbəbdən mübahisə etdiklərini və hadisənin baş verdiyini deyib.
Polis hadisə ilə bağlı istintaqın davam etdiyini açıqlayıb.
Digər Xəbərlər

Türkiyədə bazarda güclü partlayış olub - İtkin düşən var - VİDEO

Putin Təhlükəsizlik Şurasını topladı

19-cu antirusiya paketi ABŞ-la razılaşdırıldı

Ermənistan TŞ katibi Simonyanın Bakıya səfərini şərh etməyib

Netanyahu Fələstini tanıyanları hədələdi

Ərdoğan ABŞ-də səfərdədir

“Növbəti mərhələdə Fələstinə siyasi və maliyyə yardımları olacaq” - Politoloq
