Aysel Kərim: “Bir gənc olaraq onu daim Heydər baba kimi xatırlayıram”
Xəbər verdiyimiz kimi Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2023-cü il "Heydər Əliyev İli" elan edildi.
2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur.
Adalet.az xəbər verir ki, yaradıcı gənc Aysel Kərim də bu ilə öz töfhəsini verərək "Türkün dədəsi Heydər" adlı layihəsini təqdim edir.
İthaf əsərin ifası əməkdar artist Mətanət İsgəndərliyə, qiraəti Nürəddin Mehdixanlıya, söz və musiqisi Aysel Kərimə məxsusdur.
A.Kərim əsəriylə bağlı saytımıza açıqlamasında bunları deyib:
"Dahi şəxsiyyətə həsr etdiyim bu əsər onun vətən üçün fədakar fəaliyyətinə, mədəniyyət qarşısında tarixi xidmətlərinə dərin ehtiramım və həmçinin vətəndaş olaraq mənəvi borcum idi. Əsərin "Bahar bayramı"na təsadüf etməyi olduqca yerinə düşdü. Beləki Heydər Əliyevin gəlişi bu dövlətin yazına-baharına, çiçəklənməyinə səbəb olmuşdu. Ruhu şad olsun. Azərbaycan gənci olaraq onu daima Heydər baba kimi xatırlayıram”.
Qeyd edək ki, Aysel Kərim Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Bəstəkarlar İttifaqının və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. İki dəfə Prezident təqaüdçüsü və Gənclər mükafatçısıdır.
Digər Xəbərlər
13 Mart 2026 12:54
QORXU VƏ CƏSARƏTİN PSİXOLOJİ TƏMƏLİ
13 Mart 2026 09:10
“RƏMİŞ, GETMƏK VAXTIDI...” - Vaqif Bəhmənli yazır
13 Mart 2026 09:05
“Bu vertolyotlarla yaralıları Bakıya yola sala bildik...”
12 Mart 2026 13:50
Leyla Əliyeva yeni şeirini təqdim edib - FOTO
12 Mart 2026 10:04
““Ulduz”lu görüşlər” bu dəfə “Mütaliə mədəniyyəti”nə həsr olunub
12 Mart 2026 09:00
RƏMİŞSEVƏRLƏRƏ RƏMİŞSAYAĞI HƏDİYYƏ
11 Mart 2026 14:08
“Ermənilərin məni və qardaşımı girov götürmək istədiklərini biləndə...” – Sabir Məmmədov
11 Mart 2026 14:06


Bakı -°C

