adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
28 Avqust 2019 09:16
185597
MÜSAHİBƏ

Aysel Əlizadə: "Xəyanəti fiziki akt, hadisə saymıram" - MÜSAHİBƏ

"Seksin poeziyası” adlı yeni kitabı dərc olunan yazarAysel Əlizadə ilə ədəbiyyat, qadınlar vəkişilər mövzularında söhbət etdik. Adalet.az həmin söhbəti təqdim edir.

- Yeni kitabınız dərc olundu. Maraqlı daadı var: "Seksin poeziyası”. Niyə bu ad?

​⁃​ Kitab yox, ədəbiyyatda "Məxməri inqilab"deyirəm mən ona. Dizaynı, içindəki rəsmlər, şeir və ayrıca misralar, kiçikqeydlər adı və verdiyi mesajlar birlikdə yeni bir mərhələdi. Ruh, beyin və ürəkbirləşməsi var kitabda. İnsan, dünya və həyat var. Başlanğıc, orta və son var. Buna görə də adını "Seksin poeziyası"qoydum. Ağalar Qut "Bir az özüməm, bir az başqası, bir az sən"üçlüyümə "üç üqnum" kimi şərh vermişdi. Xristianlıqda "üçüqnum" "müqəddəs üçlük" kimi izah edilir; Ata, oğul və müqəddəsruh. Orada müqəddəs ruh yaradılışdı, can verəndi. Cinssiz qəbul edilsə də mənəgörə bu ruh doğandı, qadındı. Seksin poeziyası bütün bu dərin qatları, buharmoniyanı ifadə edir.

- Ədəbiyyatdan nə kimi gözləntiləriniz var?

- Ədəbiyyatdan gözləntim yoxdu.Ədəbiyyatın bizdən gözləntisi var: Yazardan - Yazmaq, Oxucudan - oxumaqgözləntisi...

- Qadınların yaxşı xüsusiyyətlərindənhəmişə danışırıq. Bəlkə bir az da pis xüsusiyyətlərindən danışasınız.

​⁃​Heç bir cinsi birmənalı müdafiə etmirəm. Pis və yaxşıxüsusiyyət cinsə bölünmür. Mənim davam"kişi kimi" ifadəsinin yaxşı, "qadın kimi" ifadəsinin pisxüsusiyyət kimi təqdim və qəbul olunmasıyladı. Mən qadınam. Bütün ömrümü dəqadın kimi yaşamışam. Cəsarətliyəm, dürüstəm, mərdəm. Kişi kimi yox, elə özümkimi, qadın kimi mərdəm.

- Qadınların heç mənfi cəhətləri yoxdu?


​⁃ ​Dediyim kimi, mənfi cəhət cinsə bölünmür. Qadınlarınmental tərbiyədən formalaşan yanlış yanaşmaları olur. Bunları "Əzizqadınlar, bunları etməyin" yazımda vurğulamışam. Məsələn, kişini həyatının prioritet məsələsinə çevirmək yanlışdı. Olsun, son hədəf kimiyox, dost kimi, yoldaş kimi, yanında olsun. Məsələn, axmaq, zorakı ərə, pisataya uşağa görə dözmək yanlışdı. Əksinə pis atadan uşağı qorumaq gərəkdi.Ömrünü qazan dibində keçirib yaşlı vaxtında geriyə-qazana həsr etdiyin həyatınabaxıb əzabla köks ötürmək, yanlışdı.

- Bəs, sizcə, kişilərin ümumi mənficəhətləri var?

⁃ ​Patriarxal müstəvidə çözsək, "kişilərinqurduqları cəmiyyətdə hər kəs əziyyət çəkir", - deyərəm.

- Kişinin xəyanəti ilə qadınınxəyanətinin fərqi var, ya yoxdur?

⁃ ​Yoxdu. Xəyanət xəyanətdi. Şəxsən mənə qalsa,xəyanəti fiziki akt, hadisə saymıram. Mənəvi hadisədi xəyanət. Məsələn,sevdiyin adam gizlincə sənin prinsiplərinə zidd hərəkət edirsə, bu, xəyanətdi. Sənin çox arzuladığın yerə səndən gizlin, tək gedirsə, bu,xəyanətdi. Səni incidən, qəlbini qıran adamla gizlincə dostluq edirsə, bu,xəyanətdi. Dəyərlərini səndən xəbərsiz əzirsə, bu, xəyanətdi. Bütün münasibətlərdəbelədi. Övladım hakim olsa və ədalətsiz qərar çıxarsa, gözümdə mənə, insanlığa,vicdan anlayışına xəyanət etmiş olacaq.

- Bir şeirinizdə belə yazmısınız:

Mən səni bir rəsm çərçivəni sevən kimisevirəm,

Olarsanə gözəl, olmazsa eybi yox... 

"Olarsa nə gözəl, olmazsa eybi yox" dediyinizbaşqa nələr var?

​ Yaxşı sualdır. Zaman-zaman fərqli şeylərə qarşı buhissim olub, pula, vəzifəyə, şöhrətə, ailə həyatına, daha bir övlada."Olarsa nə gözəl, olmazsa faciə deyil" düşünmüşəm. Kəramət Böyükçölhaqqımda bir yazı yazmışdı. Təxminən belə fikir vardı: "Sən xoşbəxt olmaqüçün əlindən gələni etmisən". Haqlıydı... İndi yalnız zamana ehtiyacımvar, qızımı böyütmək, üzərimə götürdüyüm işləri görmək üçün bir az zamanlazımdı. Bir az çox yaşamaq istəyirəm. "Olmazsa olmaz"larla məşğulam.Nə bilim, uçağım olmasa, "eybi yox" deyərəm.)

- Bəs"olmazsa eybi yox” deyə bilmədiyiniz nələr var?

​Sağlamlıq.

​-"Məni fəth etdin” deyirsiniz şeirinizdə - bir qadın kimi. Həmişə kişi fəthetməlidir? Qadın fəth edə bilməz?


​Po-etika onu tələb edirdi, elə yazdım. "Sənifəth etdim, İstanbul oldun" yazsam, özümü çox açıq öymüş olardım, etikolmazdı. Özəlliyi qarşı tərəfə verdim. Sən edə bildin, bacardın, güclüsən deyibmotivasiya verdim. Bəlkə qarşı tərəf də əksini düşünürdü? Nə bilmək olar. Həm də sevgi şeirləri adətən"atdın, incitdin, üzdün" şablonları üzərində yazılır. Bu şeirdəfərqli olmasını istədim. Sevgi əzab deyil. Onun səni fəth etməsi belə gözəldi.Bu hissi yaşadan adama sağ ol düşür. Sənlə deyilsə, sənlə qala bilməyibsə, bunagörə onu söymək, düşməncə münasibət göstərmək, qınamaq sevgi deyil.Aqressivlikdi, ruhsuzluqdu, hüceyrələrində ağırlıq daşımaqdı. Sevgi elə birucalıqdı ki, ora çatanda insan həzz yaşayır, gerçək sevgi insanı əzabla doldurabilməz. Orda sən hissin böyüklüyündə əriyib itirsən. Sevdiyin uzaqda olsa beləsevgin ağrı vermir. Ondan gözləntin olmur. Mütləq mənim olmalısan, mənə hesabatverməlisən hikkəsi ilə yaşamırsan. O şeirdə belə bir bənd var:

"Mənsənin hər şeyin olmağa hazıram:

sevgilin,dostun, tanışın

Mənsənin heç nəyin olmağa da hazıram".

Sevgibelə bir barışdı...

-Yetişən yeni nəsildən, uşaqlardan razısınızmı?

-Xeyr, deyiləm! Bu məsələdə hamımız bədbəxtik. Normal insanın yetişdirilməsiüçün qadın-kişi harmoniyası olmalıdır və ən əsası dövlət yardım etməlidir.İstər maddi, istər psixoloji dəstək göstərilməlidir. Baxçalara, məktəblərəxüsusi diqqət göstərilməlidir.

-Qadınlar niyə istedadda kişilərdən geri qalırlar?

- Busualı məni əsəbləşdirmək üçün verirsiz?

-Qətiyyən! Gördüyümü deyirəm.

-Qadınlar əllərinə keçən fürsətlərdən maksimum istifadə ediblər. İmkan yaranankimi iki dəfə Nobel mükafatı alan ilk alim də qadın olub.

Bəs, ədəbiyyat?Qadın yazarlarımız kişi yazarlardan geri qalmır?

Yox, əlbəttəgeri qalmır. İctimai, mental, məişət əngəllərini aşa bilən qadın seçdiyi sahədəuğurlu olur. Əngəl aşmaq asan deyil. Qadın nəyəsə çatmaq üçün beşqat zəhmətçəkməli olur. Məsələn, siz gedib rahatca hansısa ağacın kölgəsində təkbaşınaşeir yaza bilərsiz.Qadın bunu asanlıqla edə bilmir. O bir şeiri yazanacan zəhləsini aparacaqlar.Buna görə də yazar adını qazanan qadın riyazi məntiqlə zəif ola bilməz. Birbalaca zəif olsaydı, önyarğılardan, əngəllərdən qurtulub yazıçı ola bilməzdi.

-Hal-hazırda ölkədə kitaba olan marağa münasibətiniz necədir?

-Vəziyyət istədiyimiz kimi deyil, amma kitablar yavaş-yavaş satılır. Buzlarəriyir, oxucu artır. Kitab satışında yazıçıların da iştirakı önəmlidi. Problemyazdıqlarımızda deyil. Dünyada ən mənasız kitablar, ən zəif əsərlər də satılır.Əgər mexanizm özü işləkdirsə, nə kitab olsa satılır.

Yazıçılarımızgərək kitablarının reklamı ilə məşğul olsunlar, satılması üçün nəsə etsinlər."Mən yazdım, çap elədim, məndən çıxdı” deməklə olmur. Çünki sektorformalaşmayıb. "Məndən çıxdı” natamam yanaşmadı. Bu, bakteriya, mikrob deyil,canının bir parçasıdır, uşağın da deyil, ondan fərqlidi. Bu, sənin özünsən!Özünü dərviş kimi göstərmə. Dərvişlər kitab çap eləmir. Dərvişsən, götürçomağını düş küçələrə.


-Günel Mövlud da feministdir, siz də. Niyə onun feministliyi adamıqıcıqlandırır, sizin feministliyiniz isə yox?

- Qıcıqlandırmaq xarakterimə yaddı.Adamların əsəbləri ilə oynamağı sevmirəm və bacarmıram. Zorla sevgi qazanılmır,zorla yalnız nifrət qazanılır. Kişiləri aşağılamaqla uğur əldə edə biləcəyimizəinanmıram. Çünki qadının aşağılanmasına qarşıyam, eyni şeyi özüm əks cinsəetmərəm. Təmsil etdiyin ideya varlığınla vəhdətdə olmasa, inanmayacaqlar sənə.Hər sahədə "sonradan görmüş” adamlar olur. Bir ideolojini zorla özününkü etməkmümkün deyil. Ona ruhunla, canınla, beyninlə bağlı olmasan, nə sənə, nə səninifadəndə başqalarına yapışır. Günel xanımı feminist kimi tanımamışam. Həmişəkişiləri müdafiə etdiyini görmüşəm. Həmcinslərinə empat kimi yanaşmayıb.Görünür, xarici ölkəyə gedəndən sonra baxıb ki, məsələ ayrı cürdü. Üstəlik,feminizm Avropada çox önəmli cərəyandı. Bərabərlik Qərb üçün prioritet mövzudu.Bundan da tutarlı sahə və yaxşı qrant mənbəyi kimi istifadə edən dırnaqarasıfeminist çoxdu.

- Məncə, Azərbaycanda qadına çox böyükhörmət var.

-Avtobusda yer verməklə hörmət olmur. İstəmirəm, elə hörmət, kimə lazımdır!?Nəyə fayda verir? Ayaqüstə duraram. Kanadada dostum yaşlı qadına yer verib,bütün sərnişinlər ona çəp-çəp baxıb. Qadın atletik hərəkətlər edib, göstərməyəçalışıb ki, səndən zəif və qoca deyiləm. Erkən yaşda ərə verilən qızlarınhüquqlarını müdafiə etsin kişilər. Ailə təzyiqindən intihar edənlərin haqqınıdilləndirsinlər. Köləliyə məhkum, çarəsiz, gedəcək yeri olmayan qadınlara yerversinlər bacarırlarsa. Qadına şiddət göstərən həmcinslərini qınasınlar.Avtobusda cəmiyyət qurulmur. Uzaqbaşı, adam balası kimi bir dayanacaqda minib obirində düşməyi öyrətmək olar.