Aynişan: “Həmin içkinin markası mənimlə iş birliyi qurdu”
Bloger Aynişan Quliyeva ( Ayni Khalid) uşaqlıqda yaşadığı acı xatirəsini izləyciləri ilə bölüşüb.
Adalet.az bildirir ki, “İllər əvvəl qonşumuz anamdan icazə alıb məni də öz qızı ilə parka apardı. Onda mən balaca idim. Parkdan qayıdanda qonşu məşhur markanın içkisini aldı. Mən də düşündüm ki, bunu aparıb evdə anamla birlikdə içərəm. Elə də etdim. Səhəri günü məhlədə hamı məndən danışırdı. Həmin o xanımın qızı bütün qonşularımızın yanında deyib ki, mənim anam o içkini Aynişana almamışdı. O bizim içimizi götürüb evə apardı. Bunu eşidəndə çox pis oldum. Çünki mən onunla hər şeyimi paylaşırdım.
Anladım ki, özünü mənə rəfiqə kimi göstərsə də, dostum deyilmiş. Zaman gəldi ki, həmin içkinin markası mənimlə iş birliyi qurdu. Artıq illərdir həmin marka ilə çalışırıq”.
Əntiqə


Bakı -°C

