“Aygun City” ticarət mərkəzində “CinemaPlus” kinoteatrı açılacaq
Bakıda Bakıxanov qəsəbəsində, "Aygun City” Ticarət mərkəzinin 3-cü mərtəbəsində "CinemaPlus” premium kinoteatrı açılacaq.
Kinoteatrda dünya standartlarına cavab verən 7 zal və 395 oturacaq yerləri var. Zallar rahat və yüksək səviyyəli kreslolar ilə təchiz olunub.
Kinomanlara unudulmaz anlar və ideal istirahət bəxş etmək imkanı bununla məhdudlaşmır. Təbii ki, film izləmək və bundan həzz almaq popkornsuz və soyuq içkilərsiz təsəvvüredilməzdir. Burada xoş və rahat istirahət üçün 4 növdə popkorn, şəkərli pambıq, buzlu alkoqolsuz kokteyllər və başqa içkilər təklif olunur.
Həmçinin qeyd etmək istəyirik ki, "CinemaPlus” kinoteatrlar şəbəkəsinə daxildir: "CinemaPlus 28 Mall”, "Cinema Plus Ganjlik Mall”, "Cinema Plus Amburan Mall” və Gəncə şəhərində yerləşən "Cinema Plus Khamsa”.
"CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.
Ətraflı məlumat üçün İOS və Android əməliyyat sistemli smartfonlar üçün yeni "CinemaPlus” mobil əlavəsini yükləyin. https://itunes.apple.com/us/app/cinemaplus/id1072140418?mt=8 https://play.google.com/store/apps/details?id=com.promote.cinemaplus
Digər Xəbərlər
07 Oktyabr 2026 14:29
Kimya üzrə Nobel mükafatı laureatları məlum oldu
06 Oktyabr 2026 15:19
Sea Breeze ərazisində ilk CineMastercard açılacaq
06 Oktyabr 2026 14:28
"44" bədii filminin daha bir tizeri yayımlanıb - VİDEO
06 Oktyabr 2026 11:36
"Şahənşah"-da Ədəbi Məclis
05 Oktyabr 2026 17:30
"Cənnətin iqamətgahı” filminin premyerası keçirilib - FOTOLAR
02 Oktyabr 2026 16:33
Xocalı Soyqırımı Memorial Kompleksi Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
02 Oktyabr 2026 00:00
“44” bədii filmi bu tarixdən kinoteatrlarda! - VİDEO
01 Oktyabr 2026 20:20


Bakı -°C

