adalet.az header logo
  • Bakı -°C
19 Mart 2026 09:53
68
ŞOU-BİZNES
A- A+

Aygün Bəylərin vəsiyyəti AÇIQLANDI

Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd onunla bağlı diqqətçəkən açıqlama verib.

Adalet.az xəbər verir ki, mküğənni kimi fəaliyyət göstərən Zümrüd bacısının həyatında və sənət yolunda ona göstərdiyi mənəvi dəstəyi xatırlayaraq kövrək fikirlər səsləndirib. 

O bildirib ki, Aygün Bəylər hər zaman ona yol göstərib və etdiyi yaxşılıqları heç vaxt unutmayacaq.

İfaçı həmçinin qeyd edib ki, əvvəl "Zümrüd Aydın" səhnə adı ilə çıxış etsə də, sonradan atasının adını yaşatmaq qərarına gəlib. Onun sözlərinə görə, bu dəyişiklikdə bacısının da rolu olub: "Aygün bunu eşidəndə dedi ki, 'Zümrüd Aygün' adını götür. Mən də dedim ki, sən varsan, atamın adını yaşadıram. Amma onun vəfatından sonra düşündüm ki, bəlkə də bu, onun bir növ vəsiyyəti idi".

Zümrüd vurğulayıb ki, bundan sonra bacısının adını yaşatmaq onun üçün xüsusi önəm daşıyır. O, gələcəkdə Aygün Bəylərin övladının bu adı davam etdirəcəyinə inandığını bildirib.

Sənətçinin bu açıqlamaları sosial şəbəkələrdə geniş rezonans doğuraraq izləyicilər arasında müzakirələrə səbəb olub./Milli.Az