Aygül Bağırovanın "Qalib Sərkərdə" kitabının təqdimatı olub - VİDEO
Gənc yazar Aygül Bağırovanın “Qalib Sərkərdə” kitabının təqdimat mərasimi keçirilib.
Kitab Müzəffər Ali Baş Komandanın doğum günündə Atatürk Mərkəzində oxuculara təqdim olunub. Təqdimat mərasimində yazıçılar,ictimai xadimlər və gənclər iştirak edib.Kitabın müəllifi təqdimatın Ali Baş Komandanın doğum günündə baş tutmasının heç də təsadüf olmadığını bildirib.
Kitab Qarabağdakı 44 gün davam edən II Vətən Müaribəsinin müxtəsər ensiklopediyası kimi hazırlanıb.
Ümumilli lider Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı xidmətləri,Prezident İlham Əliyevin Qalib sərkərdə kimi 44 günlük tarixi fəaliyyəti,hadisələrin günbəgün xronologiyası kitabda əks olunub.
Kitabda ardıcıl şəkildə Ali Baş Komandanın və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Vətən Müharibəsində rəşadətli Ordumuzun işğal altında olan kənd və rayonlarımızın azad edilməsi ilə bağlı xalqımıza Qələbə müjdəsi çatdıran müraciətləri də yer alıb.Kitabın hər səhifəsində torpaqlarımızı azadlığa qovuşduran Müzəffər Ordumuza,Vətənimizə,Ali Baş Komandanımız İlham Əliyevə və xalqımıza dərin sevgi əks olunub.
Qalib Sərkərdə kitabını Azərbaycan qəzetinin əməkdaşı Məhəmməd Nərimanoğlu və yazışı,kulturoloq Aydın Xan Əbilov redaktə edib.
Kitab Qarabağdakı 44 gün davam edən II Vətən Müaribəsinin müxtəsər ensiklopediyası kimi hazırlanıb.
Digər Xəbərlər
16 Dekabr 2025 11:48
““Gürcü xəngəli” əslində milli Azərbaycan yeməyidir...”
15 Dekabr 2025 13:13
“Multikulturalizmə giriş” fənnini tədris edən müəllimlər üçün treninq təşkil olunub
14 Dekabr 2025 18:14
XUDU MƏMMƏDOV - 98
10 Dekabr 2025 16:57
Nobel Sülh mükafatının təqdimetmə mərasimi keçirilib
10 Dekabr 2025 13:09
Müxlis Cənizadənin xatirə günüdür
10 Dekabr 2025 12:29
Rza Rzayev: “Elə şərtlərlə fəaliyyət göstərəcəklər ki…”
10 Dekabr 2025 09:56
Türk Mədəniyyəti və İrsi Fondu ICESCO ilə memarandum imzaladı
09 Dekabr 2025 18:40


Bakı -°C

