adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
31 Yanvar 2019 13:05
15807
DÜNYA

Ayətullahın qayıdışını xatırlayarkən

Bu, 20-ci əsrin ən mühüm hadisələrindənbir idi. 40 il bundan əvvəl dini rəhbər Ayətullah Xomeyni sürgündən İranaqayıdaraq İranda İslam inqilabına başlayıb. BBC-dən John Simpson ayətullahıTehrana gətirmiş təyyarədə olub.

Paris yaxınlığındakı Neauphle-le-Chateaukəndində son 40 il ərzində o qədər də çox dəyişiklik baş verməyib. AmmaXomeyninin qərargahı o, İrana getdikdən bir müddət sonra partladılıb.

Lakin 40 il ərzində dünyada Neauphle-unxaricində xeyli dəyişiklik baş verib və əlbəttə ki, bu sakit yerdə baş verənlərbu dəyişiklərdə mühüm rol oynayıb.


Fəlakətlidərəcədə səhv addım

1978-ci ildə İranda ilk inqilabiçıxışlar başlayanda Ayətullah Xomeyni İraqda şiələr üçün müqəddəs olan Nəcəfşəhərində ciddi nəzarət altında idi.

İraqda artıq Səddam Hüseyn hakimlikedirdi. O zaman şah Səddamdan Xomeynini ölkədən sürgün etməyi xahiş etdi.

Bu, fəalkətli dərəcədə səhv addım idi.

Xomeyni Fransaya uçub gedəndən sonragözlənilmədən bütün dünyaya sözünü çatdırmaq imkanı qazandı.

Amansız və kompromisə getməyən ayətullahbeynəlxalq status əldə etdi.

Şah, son nəticədə İranı 1979-cu ilinyanvarında tərk edəndə, ayətullahın evə qayıtmaq və imperiya sistemini dağıtmaqüçün yolu açıldı.

Onun çarter reysinə özüm və operatorumüçün iki təyyarə bileti almağa müvəffəq oldum.

BBC mənə ora getməmək göstərişi verdi,lakin mən içərimdə yaranan coşqunluq hissinə üstün gələ bilməyərək yola çıxıdım.

Bir azdan sonra mənə elə gəldi ki,atdığım addım səhv oldu. Uçuş zamanı ayətullahın nümayəndələrindən biri elanetdi ki, Şaha hələ də sadiq qalan hava qüvvələri biz İranın hava məkanına daxilolanda təyyarəmizi vurub salmağı planlaşdırırlar.

Biz jurnalistləri bu xəbər məyusetmişdi, lakin təyyarənin qalan yerlərini doldurmuş inqilabi fəallar bu xəbərialqış və coşqu ilə qarşıladılar - onlar şəhid olmaq istəyirdilər.


İslam Respublikası quruldu

Biz təyyarənin baş hissəsində yer tutmuşXomeyni ilə müsahibə çəkilişini aparmaq üçün oraya yollandıq.

O, pəncərəyə baxaraq bizə fikir vermirdi- jurnalistlərdən biri ona sual verənədək.

Jurnalist maraqlandı ki, bu qədər ilsürgündə keçirdikdən sonra geri qayıdarkən o, nə hisslər keçirir. "Heçnə", - onun cavabı belə oldu.

Əlbəttə, təyyarəmiz vurulub yerəsalınmadı.

Amma Tehran aeroportu üzərində,aşağıdakı rəsmilərlə uzun-uzadı danışıqlar getdiyi müddətdə, havada xeyli dövrəvurmalı olduq və hamımız bundan halsızlamışdıq.


Sonra təyyarə eniş etdi və ayətullahı,bəzilərinin dediyinə görə, ola bilsin ki, bəşəriyyət tarixində sayına görə ənböyük insan kütləsi alqışla qarşıladı.

Nəticədə, İranda İslam Respublikasıquruldu, dünya boyunca müsəlmanların rəyi canlanmağa başladı, Qərbliberallığına müxalif olan yeni mühüm mərkəz formalaşdı.

Və bunların hamısı Fransanın həmin okəndində cızılıb planlaşdırılmışdı.

Həmin o kənddə ki, orada avtomobiltıxacı və ya qarın yağması günlərlə müzakirə olunan hadisəyə çevrilir. (BBC)