adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
15 Dekabr 2014 12:39
6005
ƏDƏBİYYAT

“Aydın səs” müsabiqəsinin qalibi açıqlandı

"Aydın səs”bədii qiraətçilər müsabiqəsinin qalibi bəlli olub. Adalet. az xəbər verir ki, AzərbaycanDövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) magistri Rzayeva Pərvanə770 balla qalib elan edilib. Çıxışları Azərbaycanın tanınmış incəsənətxadimlərindən ibarət münsiflər heyəti dəyərləndirib.

Ümumilikdə 500 nəfərin qatıldığı müsabiqədə iştirakçılar əruz, heca vəznində,sərbəst şeirdə qabiliyyətlərini göstərərək, məşhur bədii əsərlərdən monoloqlarsöyləyib, dublyajda müxtəlif obrazları canlandıraraq aktyorluq məharətlərininümayiş etdiriblər. Sonda 4 nəfər final mərhələsinə keçərək birincilik uğrundamübarizə aparıb.

"Aydınsəs” qiraətçilər müsabiqəsi Azərbaycan teleməkanında şeir və nəsryaradıcılığının geniş təbliği, bədii qiraət ifaçılarının yeni, gənc nəslinin üzəçıxarılması, aydın tələffüzü olan, səlis danışıq tərzinə malik gənclərinaşkarlanması və yetişdirilməsi, ədəbi mühitin inkişafı məqsədilə təşkil olunanilk layihədir.