adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
24 Fevral 2017 13:55
13102
MƏMLƏKƏT

Aydın Piriyev namizəd oldu

"AzərbaycanUniversitetinin İntellektual Klubu” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Prezidenti yanında GənclərFondunun Müşahidə Şurasına təşkilatın icraçı direktoru Aydın Piriyev namizədoldu.

AzərbaycanRespublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurası seçkilərinintarixi məlum oldu. 28 fevral 2017-ci il tarixində Gənclər Fondunun elektron bazasındaqeydiyyatdan keçmiş təşkilatlar tərəfindən 17 namizəd arasında seçkilər keçiriləcək.

Azərbaycan GənclərFondunun Müşahidə Şurasının üzvlüyünə seçilmiş namizədlərin siyahısında "Azərbaycan Unversitetinin İntellektualKlubu” İctimai Birliyinin icraçı direktoru AydınPiriyevin də adı yer alır. Azərbaycan İntellektual Oyunlar Klubu 2012-ci ilinaprelində təsis edilərək təşkil etdiyi intellektual yarışlarla qısa müddətdəistedadlı gənclərin marağını qazanmışdır. Klub mövcud olduğu müddət ərzində Azərbaycandaintellektual hərəkatın geniş yayılması və gənclərin bu hərəkata cəlb olunmasıistiqamətində əvəzolunmaz işlər görmüşdur.

Klub tərəfindən ərsəyə gətirilən "Parlaq Zəka”verilişi də ölkənin ən reytinqli televiziya layihələri sırasına daxil olmuş, AzərbaycanRespublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir.

Klubun yarandığı qısa dövr ərzində Azərbaycan vərus dillərində ümumilikdə 90 komandanın iştirakı ilə "Nə? Harada? Nə zaman?”üzrə daxili çempionatını, Gənclik və Müstəqillik Kuboklarını, bir sıra ali təhsilmüəssisələrində müxtəlif turnirlər keçirməyə, Siyəzən, Şabran, Qusar, Şəmkir,Qazax, Tovuz, Ağstafa, Göygöl, İmişli, Gədəbəy, Balakəndə intellektual oyunlarklublarını təsis etməyə və nəhayət Azərbaycan Tələbə Gənclər Təşkilatlarıİttifaqı ilə birgə "Nə? Harada? Nə zaman?” üzrə Azərbaycan və rus dillərində 15oyun meydançası üzrə 500-dən artıq komandanın iştirakı ilə müntəzəm çempionat təşkiletməyə müvəffəq olmuşdur. Məhz bu səbəbdən klubumuz Beynəlxalq İntellektual Klubları Assosiasiyasına üzv qəbul olunmuş vəhal-hazırda sözügedən qurumun işində iştirak etməkdədir. Eyni zamanda, ictimaibirliyimiz ölkənin ən maraqlı televiziya verilişlərindən biri olan "Parlaq Zəka”milli humanitar olimpiadasını da ərsəyə gətirməkdədir.