adalet.az header logo
  • Bakı 24°C
  • USD 1.7
18 Oktyabr 2019 17:40
42833
ƏDƏBİYYAT

Aydın Canıyev: Bizi birləşdirən dəyər - Məmməd Araz

əslində...hamının və heç kimin

Epiqraf:

Dəymə, gələn Arazdı!

Gəlib gedən Arazdı,

Bizə dəyər, bizim dəyər

Təkcə Məmməd Arazdı!

Bu "təkcə" təyininə layiq biləndə... üç Məmməddən ikisinin -Məmməd Aslanın ruhunun, Məmməd İsmayılın özünün inciməyəcəyini dəqiq bildiyimüçün çəkinmədim: çünki elə məndən "yüz il əvvəl" ilk olaraq, onlarMəmməd Araza "şair, həm də kişi" deyiblər. Məmməd Arazın nə özü, nədə sözü heç vaxt heç kimi küsdürməyib, onun haqqında istənilən xoş sözü vətəşbehi çəkinmədən demək olar! Çünki... Nəriman Həsənzadənin Nizami haqqındadediyini eynilə Məmməd Araza şamil etmək olar: "yuxarı baxıram papağımdüşür, aşağı baxıram eynəyim!" (Yordan Milev öz kitabında sitat gətirib).

Və... Peyğəmbərinin, Atasının, qardaşı oğlunun, sevimli üç şairinin üçünündə adı Məmməd olan biri kimi, düşüncələrimdə həmişə bir eymənmə olub: görəsən,mənim tanıdığım və tanımadığım bütün Məmmədlər Məmməd Araz adına, Məmməd Arazzamanına, Məmməd Araz dünyasına layiq oldularmı? Əlbəttə, Məmməd Aslan vəMəmməd İsmayıla görə... çəkinmədən "hə" demək olar! Ancaq deyəsən,yerdə mənim əzizlərim qarışıq Azərbaycanın bütün məmmədlərinin günahını Allahelə Məmməd Arazın Sözünə-Özünə bağışlayacaq. "Qiyamət günü bütün möminmüsəlmanlar üçün İlahi dərgahda zamin Ali-əba yiyəsi olacaqsa, bütünməmmədlərin də xatirinə bağışlanacağı ad Məmməd Araz olacaq!",qənaətindəyəm!


Bu dəqiqə qəzetdə işləsəydim, Sıktıvkara gedib şəxsən Kandapoqadan ən yaxşıqəzet kağızını alar, "Novıe İzvestiya"da səhifələyər, "Molodoyaqvardiya" nəşriyyatında 11 min dollar ödəyər və dörd rəngdə 100 mintirajla Məmməd Araza həsr olunmuş xüsusi buraxılışı çap edib... pulsuzpaylayardım.

4 rəngin 64 çalarında Məmməd Arazın şeirlərinin portretini, sözlərininistisini-soyuğunu, florasını-faunasını bəzəyər, qəşəng bir dendraridüzəldərdim.

İlk səhifədə isə Məmməd Arazın əlində əsa ilə nəşriyyata doğru keçən yoldaşəklini çəkib epiqrafda yazdığımı şəklin altından verərdim!

Əgər deyirəm də, əgər...

Amma indi, yalnızca əlimin altında olan bir gözəl şeirini verib keçəcəmürəyimi boşaltmağa...

İlahi, sənsaxla, kallaşır insan,

Ölüm adiləşir,dərd adiləşir.

Bu insan yanındainsan da yansa

Sanır tamaşadır- bu haray-həşir...

Baş əyir, andiçir ana torpağa,

Aşınan, daşınantorpağı görmür.

And içirulduzlu, aylı bayrağa,

Böyründə dilənənuşağı görmür.

Bu insan qaradaş, paslıca dəmir,

Görmür, görəbilmir səpilən dəni.

Seçmir, seçəbilmir, seçmək istəmir

Qara geyinəndənağ geyinəni.

İndi bu insanıayır, tap-tanı

Qələm görə-görə,söz görə-görə!

Qadıntəhqirlənir, qoca tapdanır

Qanun görə-görə,göz görə-görə.

Ölüm adiləşir,kallaşır insan...

Onsuz da ah-vayıölü eşitmir,

Kallaşa-kallaşakarlaşır insan,

İçinin səsiniçölü eşitmir...

Görmür gözyaşını, çay görən insan,

Vay deyən, saçyolan ananı görmür,

Özü də özününçıxır yadından,

Özünün odunayananı görmür.

O qədər qantökən əl var ki, görür:

O, axan qanı daaxan su bilir.

O qədər qəribəhal var ki, görür;

Ulayan iti dəqonşusu bilir...

Gözümün aynası,oyat nurunu,

Boylan ürəyiməbir səhər çağı,

Gəzdirib sinəmdəboyat nurunu,

İnsanı harayla,insanı çağır.

Bir gör ürəyimdəinsan yatırmı?

İnsanla baş-başainsaf yatırmı?

İlahi, sənsaxla, kallaşır insan,

Kallaşa-kallaşakarlaşır insan...

5 sentyabr,1992-ci ildə yazılıb bu şeir. İndi görün kallaşan, karlaşan insanlarıntörəmələri bu ölkəni nə günə qoyub, düşüncəmizdə kimlər öz zövqləri ilədominanatlıq iddiasındadı, milli-mental dəyərlərə kimlər düzən verir, gündəməkimlər rejissorluq edir!

Xalq şairi adınıAyaz Mütəllibov verdi!

Elçibəy imkantapdımı, tapmadımı dəyərləndirməyə, bilmirəm.

Heydər Əliyevdeyəsən müalicəsini boynuna götürdü.

Bax buna görəMəmməd Araz zirvədi: müstəqillik dönəmində heç bir Şah ona qəzəblənmədi.Müstəqillik həm də bu yanı ilə gözəldi: Vətən üçün, Xalq üçün Ləyaqətli Şair,Vətənpərəvər Vətəndaş kimi şam olursansa, heç kim səni sındırmağa can atmır,əksinə, imkanı varsa, "sağ ol" da deyir.


Heç bir kontingentin, qütbün, əqidə daşıyıcısının irad tutmağa vicdanı yolvermədiyi imza olaraq Məmməd Araz bu dünyadan mənim idealım kimi keçdi! Əslindəheç kim bilmir Nizami, Füzuli, Nəsimi necə kişi olub, Caviddən, Cəfərdən,Müşfiqdən, Vurğundan, Rzadan hərə bir şey danışır.

Mən Cəfərin Sonasını, Cavidin Müşkünazını, Əhmədin Şükriyyəsini əzizbilirəm.

Amma 1985-ci ildən tanıdıqlarımın içində təkcə, bəli, elə təkcə MəmmədArazın YARI(sı)NI da onlarla əziz tuturam! O XANIM gözümdə iki qız Anasından,kiminsə Qızı statusundan daha lap çox, Məmməd Arazın əzabkeşi kimi HEYKƏLLƏŞİB.

Cəfərin Sonası, Cavidin Müşkünazı, Əhmədin Şükriyyəsi... və bir də MəmmədArazın... Gülxanım müəlliməsi!

Bu gün şairlər hədəfdir.

Məmməd Araz olmadı, Olmaz da! Ola da bilməzdi!

Bax, bayaqdan buna görə reverans edirəm - labirintə düşdüyümü də zənn etməyin.

Mən müasiri olduğum şairi həm də Kişi görmək istəyirəm:

Mən əyilməz Ata adı saxladım,

Vicdanımı ovuclara sağmadım, - deyən Kişi Ata, Kişi Oğul, Kişi Ər, KişiŞair, Kişi Vətəndaş!

Çoxdumu eləsi?

Laaaap azdı - mən onun birini gördüm: Məmməd Araz adında!

Sözüylə Özü, Ruhuyla-Düşüncəsiylə Əməli düz mütənasib, üst-üstə düşən Kişi!Yaradıcı İnsan.

Nə var e gij... Aydın Canıyev kimi yazıb, sonra da "dəlixaylıq"edib, yazdığını oxuyandan sonra vicdanınla üz-üzə qalanda gözün hər hansıcümləyə sataşanda özün-özünə deyəsən ki, "yalansa sənin ananı..." vəqəhqəhə çəkəsən ki, yazmağına yazsan da, hələ vicdanını itirməmisən!



Amma Məmməd Araz kimi də yazıb bir ömür boyu milyonlarla Aydın Canıyevlərənümunə olmaq da var!

Onu hər aydın və Aydın bacarmaz, bacarmayıb, bacaranı da bundan sonra -kallaşan-karlaşan qövmün kişilərinin uşaqlarından gözləməyə dəyməz!

Mən əgər bir fərli zad olsaydım, Məhəmməd Füzuli imam Hüseynin məqbərəsindəqulluqçu durmağı özünə şərəf bildiyi kimi, Məmməd Arazın məqbərəsində səcdədədurmağı Məkkə ziyarəti, Kərbəla şərəfi, Məşhəd baqiliyi bilərdim. Çünki MəmmədArazın ömrü bir beytdə yazılan kimidi: "Qəm eləmə, mənim ömrüm Ölümümdənsonra gəlir" (Şahinə Könül).

Ölümündən sonra Ömür yaşayan və ömür yaşadan Şairin, Müqəddəs Kişininhüzuru cənnət həzzinin ta kəndisidir!

Onsuz da ömrümüzü sülənti, tülüngü, tüllab, tüfeyli dönəminindöngəliklərində dalana dirədik. Ayağısürüşkənləri yerdən qaldırmaq üçünəyildik, başımızı paçalarından yuxarı görmədilər, beynisürüşkənlərin üstünəçırpılan qapılara açar olduq, əllərindəki dəmir pullardan bizifərqləndirmədilər!

Anamızı, xanımımızı, qızımızı elin qadınlarının dərdinə şərik etdik, elinyasına büründük, özümüzə toyu haram bildik, gülməyi yasaq bildik, əynimizitəzələmədik, həqarət etdilər!

Nə yaxşı ki, belə gəldin (yaşadın), Məmməd Araz!

Nə yaxşı ki belə keçdin-köçdün, Məmməd Araz!

Çoxlu istedadlı şairlər, nasirlər olacaq. Onlar hardasa, hansısa məqamdaqovalayıb çatmağa az qalacaqlar, bəlkə də bəzi parametrlərə görə həttabərabərləşəcəklər də, amma və lakin... heç biri Məmməd Araz kimi dəyər olabilməyəcək.

Bu günə qədər dəyər olanların adını çəkdim, bu gün olanın da, sabah köçəniniçində Məmməd Araz görmürəm, şair, nasir görsəm də, hətta filosof da ola bilənvar, amma, amma, amma...

Çünki hamı şöhrət istəyir, ad istəyir, ev istəyir, vəzifə istəyir, alır da,amma təkcə Məmməd Araz oğul olmaq istədi!

Təkcə Məmməd Araz istədiyi kimi oğul oldu!

O bəlkə də dəqiq bilirdi ki, biz yetim xalqıq, elə buna görə qızlarınaxitabən bizə səslənirdi və bildirirdi neyləmək lazımdı:

Sizə yetim deyən olsa... bu dünyanı məhvərindən laxladın!

Fəqət biz getdikcə kallaşdıq və karlaşdıq. Özümüzü laxlada bilmirik e!

Belə xalqın da şairi olmaq bir ayrı kişilik!

Səcdəndə sevgilərim və sayğılarımlayam Ustad, Ustad, Ustad, Dahi, Dahi,Dahi Məmməd Araz!

Heç olmasa onunla özümə təsəlli verirəm ki, bu ölkədə bu xalqın içindəMəmməd Araz cənnətinin qapısında qulluğunda qulluqçu olmağa mənim kimi birəyilməz jurnalist oğlu var bu Vətənin!

Bu şah qulluğundakı təltifdən - addan, evdən, təqaüddən qat-qat şərəflidirvə bunun adı QULLUQ deyil, İBADƏTDİR!

Tanrının dərgahlarında-aləmlərində eləsi var ki, orada mələklər Tanrınınmöhtəşəm yaratdığı nəyəsə görə əbədi səcdədədir!

Mənə o səcdə ləzzətini bu dünyada Məmməd Araz yaşatdı!