adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
02 Sentyabr 2014 12:04
9484
ƏDƏBİYYAT

AYB rəhbərliyi ölümlə hədələndi

Azərbaycan Yazıçılar Birliyinin üzvü Ramiq Muxtarqurumun sədri, yazıçı Anarı, katibi şair FikrətQocanı güllələməklə hədələyib. Bu barədə Mənzil Komitəsinin sədri Rauf Aslanov 1937.az saytına bildirib. Onunsözlərinə görə adı çəkilən şəxs ev almaq məsələsi uzandığı üçün qurumrəhbərliyinə böhtan atıb. Belə ki, R. Muxtar iddia edir ki, mənzillərinümumi dəyəri 800 min manat olduğu halda, R.Aslanov bir milyon manat pul götürüb,həmçinin həmin evləri satıb.

Məsələilə əlaqədar R. Aslanov iddiaçını məhkəməyəverib. O qeyd edib ki, R.Muxtarın apardığı şər-böhtan kampaniyasınınqarşısını almaq üçün bu addımı atıb: "Ramiq Muxtar "Mizrab” adlı jurnal buraxıbvə birinci sayını mənimlə Anar müəllimə həsr edib. Biz bu günə qədər dözürdük.Anar müəllim də səbirli adamdır. Deyirdi ki, gözləyək, özü səhvini başa düşər.Ancaq  jurnalı görəndən sonra məcbur olub, məhkəməyə müraciət etdim.Bununla yanaşı, Mətbuat Şurasına etirazımı bildirdim. Şuranın iclasında RamiqMuxtara xəbərdarlıq etdilər. Qanuna görə, birinci dəfə xəbərdarlıq edilməlidir.Bir daha bu hal təkrarlansa, onda jurnal qara siyahıya salınacaq”.

R.Muxtar Prokurorluğa da, Ramiz Mehdiyevə, dövlət başçısı İlham Əliyevə də buməsələ ilə bağlı müraciət edib. Prokurorluq orqanları Mənzil Komissiyasının vəYazıçılar Birliyinin işini araşdırıb, cinayət xarakterli heç nə tapmadıqlarıüçün bu işə xitam veriblər. Hazırda isə mənzil növbəsinin pozulduğu iddiası iləİqtisad Məhkəməsinə müraciət edib.