adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
20 Noyabr 2017 14:20
11343
MƏMLƏKƏT

«AY RƏHMƏTLİYİN UŞAQLARI, QOYUN DOLANAQ»

Payızdahavalar tez-tez dəyişir. Xüsusən də Bakışəhərində tez-tez dəyişən hava şəritinə daha çox təsadüf olunur. Yəni Bakıda bir gün payız qışa oxşuyur, bir gün yaza,bir gün yaya və bir gün də özünə. İndi gəl,belə havadan baş çıxar görüm necə çıxarırsan. Payızın «çaldığı havaya» biz oynamağıbacarmalıyıq. Ələlxüsus da respublikanın avtomobil yollarında nəqliyat vasitələriniidarə edən sürücülər belə bir mürəkkəb durumda çıxış yolu tapmalıdılar.

Bir də görürsən ki,yağış yağdı, yollar daha təhlükəli oldu. Eyni zamanda, qəfil dumanlı-çənli havaşəraiti hökm sürdü. Bax, belə bir havada avtomobili idarə etmək sürücüdən çox böyükməharət, təcrübə və səbr tələb edir. Çünki bir də görürsən ki, dumanlı havada yolugörməyən sürücü yaxın məsafəli işığı yandırmır və özü də çalışır ki, ondan əvvəlkiavtomobili ötüb keçsin. Təbii ki, belə anlarda sürücü çox təhlükəli şəraitlə – qəzaanıyla üzləşir. Qəza anındansa sağ-salamat çıxmaq hər sürücüyə qismət olmur. Məhzbuna görə də dumanlı hava şəraitində respublikanın avtomobil yollarında sürücülərara məsafəsi saxlamalı qabaq işıqları yandırmalı və daha çox diqqətli olmalıdılar.Ona görə ki, bu cür mürəkkəb havalarda sürücülərinsəhlankarlığı üzündən qəzalar qaçılmaz olur.


Yol Patrul XidmətiAlayının 6-cı tağımının əməkdaşları da mürəkkəb hava şəraitində hərəkətin təhlükəsizliyinitəmin etmək üçün qabaqlayıcı tədbirlər görürlər. Öncə dumanlı havada bir çox sürücüləryol polisi tərəfindən saxlanılır və onlara xəbərdarlıq edilir ki, diqqətli olsunlar.Aydındır ki, bu xəbərdarlıqlar da öz bəhrəsini verir . Belə bir çətin hava şəraitindəbaş verə biləcək qəzaların qarşısı öncədən maarifləndirmə yolu ilə alınır.

Ümumiyyətlə, 6-cıtağımın əməkdaşları ağır qəzaların qarşısının alınması üçün sutkanın 24 saatındaöz üzərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirilər. Məhz keçirilən reydlərdədə kobud qayda pozuntularının qarşısının alınması önəmli əhəmiyyət kəsb edir. Təəssüfki, bir çox sürücülər yol polisinin apardığı təbliğat və təşviqat işlərinə baxmayaraq,yenə yol hərəkəti qaydalarını pozmaqda davam edirlər.

Reyd zamanı Rusiyaistehsalı olan avtomobilin sürücüsü yolun sağ hissəsinə manevr edərək arxadan gələn nəqliyyat vasitəsiüçün təhlükə törətdi. Bunu görən yol polisi əməkdaşı polis serjantı Əşrəf Orucovmaşına «saxla!» işarəsi verdi. Sürücü maşınıbir qədər sürüb sonra yaxınlıqdakı postda saxladı. Yol polisi əməkdaşı ona qəzaşəraiti yaratdığını bildirəndə sürücü dilləndi:

- Ay rəhmətliyinuşaqları, qoyun dolanaq da. Görürsünüz ki, taksi fəaliyəti ilə məşğulam. Balalarımınçörəyini çox çətinliklə çıxarıram. İndi sizməni cərimə eləsəniz elə bil ki, balalarımın başını kəsirsiniz. Düzdür, qəza şəraitiyaratdım, amma buraxın gedim!


Təbii ki, yol polisiəməkdaşı sürücünü qanunu pozduğuna görə, maarifləndirdi və dedi ki, sükan arxasındaəyləşəndə qəza baxmır ki, sən çörək qazanırsan, yaxud da balalarını dolandırmaq istəyirsən. Mən sənibaşa düşürəm və bu dəfə də cərimə eləmirəm. Ancaq təkrarən bir də belə bir şəraityaratsan, mütləq barəndə protokol tərtib edəcəyəm.

Sürücü polis başserjantı Əşrəf Orucovun ona olan səmimi münasibətindən və diqqətindən razı qaldı.Dedi ki, sənin kimi adamı başa düşən insanlara can qurbandır. Vallah, bir də siz olmasanız bu yollarda qan suyerinə axar. Nə yaxşı ki, siz varsınız.

Polis baş serjantlarıƏhliman Məmmədov və Anar İbrahimov isə mikroavtobus markalı maşını saxlatdırdılar.Bu maşının da sürücüsü maşının yuxarı yük yerində normadan artıq yük aparırdı. Sürücününnəzərinə bu nöqsanlar çatdırıldı və sürücüdə bildirdi ki, bir daha belə hallara yolverməyəcək.


Polis baş serjantıAbbas Abdullayev isə qanun pozuntusuna yolverən minik maşınını saxlatdırdı. Məlum oldu ki, maşın texniki baxışdan keçməyib.Nəqliyyat vasitəsinin sürücüsü barəsindəpolis baş serjantı inzibati protokol tərtib etdi. Heç bundan sürücü də incimədi. Dedi ki, əvvəllər bu barədə mənə xərərdarlıq edilmişdi.Ancaq özüm səhlankarlıq edib avtomobili texniki baxışdan keçirmirdim. Elə günü sabahmaşını texniki baxışdan keçirəcəm.

Polis leytenantıAraz Həşimov da kobud qayda pozuntularına qarşı fəal mübarizə aparan əməkdaşlardandır.O, gənc olmasına baxmayaraq, çox təcrübəli, bacarıqlı , savadlı bir ziyalıdır. ÇünkiAraz ziyalı ailəsində tərbiyə alıb və rəhmətlik atası da uzun müddət yol polisindəçalışıb, hətta komandir vəzifəsini daşıyıb. Bu gün Araz Həşimov Elmin Məmmədovlabirlikdə yükdaşıma qaydalarını pozan sürücülərə qarşı fəal mübarizə aparırlar. Onlarhər bir sürücü ilə qanunauyğun dildə davranır, öz tövsiyə və tapşırıqlarını verirlər.Söhbət zamanı bildirirlər ki, yük daşıyan sürücü hər an diqqətli olmalıdır.

Yükdaşıma dedim yadımapolis baş leytenantı İlyas Vəliyevin muxtəlif markalı sürücülərlə bağlı gördüyütədbirlər düşdü. Çünki İlyas Vəliyevi çoxlarıyükdaşıma qaydalarını pozan sürücülərin qənimi kimi tanıyır. Hətta onlara qarşısərt mövqe tutduğuna görə, bir neçə dəfə qanunu kobud surətdə pozan iritutumlu yukmaşınlarının sürücüləri avtomobili onun üzərinə sürüblər. Amma bu təyziqlər və təqiblərheç vaxt polis baş leytenatını qorxutmayıb. Əksinə, İlyas Vəliyev özündənrazı, gözünüqan örtmüş sürücülərə qarşı daha sərt mövqe tutub və onlar barəsində inzibati protokoltərtib edib. Bir neçə avtoxuliqan sürücü isə Qaradağ rayon Pois Şöbəsinə təhvilverilib.

Altıncı tağımın naryadrəhbəri, polis kapitanı Namiq Əzizov bizimlə söhbətində bildirdi ki, son vaxtlarkobud qayda pozuntularına qarşı mübarizə daha geniş vüsət alıb. Sirr deyil ki, bəzisürücülər hətta qaydaları pozmaqla cəmiyyətə hörmətsizlik etməkdən belə çəkinmirlər.Guya bu hərəkətləri ilə onlar kimlərinsə diqqətində qalmaq istəyirlər. Amma bizkimliyindən asılı olmayaraq, belə ərköyün sürücülərə qarşı daha ciddi tədbirlərgörürük. Düzdür, bizə onlara görə xahiş də olunur, təyziq də edilir. Lakin bunlarınheç birisi keçərli olmur. Çünki rəhbərlik bizim qarşımızda mühüm vəzifə qoyub ki,kobud qayda pozuntularına qarşı mübarizə gücləndirilməlidir. Təbii ki, biz də bumübarizəni diqqətdə saxlayır və qarşıya qoyulmuş vəzifəni məsuliyyətlə yeriən yetirməyəçalışırq.

Reyd zamanı onlarlamüxtəlif qayda pozuntusuna yol vermiş sürücülər barəsində inzibati protokol tərtibedildi. Hətta onların bir çoxuna polis əməkdaşları tərəfindən axırıncı dəfə xəbərdarlıqolundu. Onlara bildirildi ki, bu cür qaydapozuntuları davam edərsə, daha ciddi tədbir görüləcəkdir.

Bir neçə gündür ki,müddəti başa satmış pərdələrdən istifadə edən sürücülər saxlanılır. Bu cəriməninməbləği isə nə az, nə çox 150 manat civarındadır. Ona görə də 6-cı tağımın naryadrəhbəri, polis kapitanı Namiq Əzizov bir daha sürücülərə xəbərdarlıq edərək bildirirki, müddəti başa çatdığına görə, onlar pərdələri maşınlardan açılmalıdırlar. Əkstəqdirdə, bu, bayaq dediyimiz kimi yüksək məbləğdə cərimə ilə sona çata bilər. Deməli,hər bir sürücü yol hərəkəti qaydalarına əməl etməli, onlara edilən xəbərdarlıqlarıdiqqətdə saxlamalıdılar.

Reyddə iştirak edirdilər:Vüqar ƏSGƏROV – Yol Patrul Xidməti Alayının 6-cı tağımının komandiri, polis mayoru;Elçin ORUCOV – 6-cı tağımın polis kaptanı, baş inspektor; Qalib RZAYEV – 6-cı tağımınpolis kapitanı, baş inspektor; İlyas VƏLİYEV - polis baş leytenantı, baş inspektor;Əşrəf ORUCOV – 6-cı tağımın polis baş serjantı, inspektor, Abbas ABDULLAYEV –6-cı tağımın baş serjantı, inspektor; Faiq QİSMƏTOĞLU – «Ədalət»in əməkdaşı