adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
27 Yanvar 2019 13:15
7973
GÜNDƏM

AY QARDAŞLAR, GÜRCÜSTANIN AXALKALAKİDƏ SÖZÜ KEÇMİR

Axalkalakinin birkəndində Xocalı soyqırımının fəal iştirakçılarındanolan bir zabitə abidə ucaldılıb və təntənəli açılışı olub. Açılışda da Gürcüstan parlamentinindeputatları, yüksək vəzifəli dövlət məmurları, Axalkalakinin dövlət məmurlarıvə sair və ilaxır iştirak edib. Buda təbii ki, bizləri əsəbləşdirməyə bilməz.Həm bizlər, həm də Gürcüstandakı soydaşlarımız neçə gündür ki, öz etiraz səslərini yüksəldirlər.

Bununla əlaqədarGürcüstanın Azərbaycandakı səfiri Xariciİşlər Nazirliyimizə çağrılıbvə sair və ilaxır.

Ay qardaşlar, abidənin açılışında iştirak edən deputatlar və yüksək səviyyəlidövlət məmurlarının soyadlarına baxsanız hamısı ermənidi. Eləcə də, Axalkalaki bölgəsində icra başçılarından tutmuş bələdiyyələr, polis rəisləri, prokurorlar yenə hamısıermənilərdi. Gürcülər Borçalıda, xüsusilə Qaradabanidə azərbaycanlılara necə münasibət bəsləyirlərsə,o bölgədə də ermənilər gürcülərəelə münasibət bəsləyir. Və bildiyiniz kimi neçə ildi həmin bölgə Gürcüstandan ayrılıb Ermənistana birləşmək üçün mübarizə aparır.

Kəsəsi, Gürcüstan hökumətinin həmin bölgədə sözü keçmir.

Ona yalnız bir cavab var, Gürcüstandakı soydaşlarımız da Qaradabaninindüz ortasında Allahverdi Bağırovun, ya Mübariz İbrahimovun, ya Raquf Orucovun abidəsiniucaltsınlar. Maddi cəhətdən bizlər də dəstək verməyə hazırıq.