adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
06 Dekabr 2016 15:37
32719
ƏDƏBİYYAT

“Axırıncı dəfə nə vaxt qonaq getmisiniz?” - SORĞU

Sosial şəbəkə həyatımızınönəmli parçasına çevrilib. Realünsiyyətlərimiz virtuallaşıb.Artıq insanlar bir-birlərinin evinə qonaq getmir, quruca sosial şəbəkələrdəhal-əhval tuturlar. Bununla bağlı Adalet.az yazar, şairlərə sorğu ünvanlayıb -"Axırıncı dəfə nə vaxt qonaq getmisiniz?” Cavabları təqdim edirik.


Yazıçı Murad Köhnəqala deyir ki, təbiətimdə hansısa ailəyə qonaq getmək kimivərdiş yoxdu: " Ailə qonaqlıqlarında, bir qayda olaraq, diskomfort keçirdirəm.Ona görə görüşləri, adətən, evdən-ailədən kənarlara salmağa çalışıram. Ailəviqonaqlıqlardan, dəvətlərdən qaçıram. Sonuncu dəfə yaxın dostum tərəfindən, məşhurşoumen Çiçək Mahmudqızının "Şahənşah" şadlıq sarayında düzənlədiyi"Könül körpüsü" adlı saz-söz məclisinə dəvət olunmuşam. Məclisin tipixoşuma gəlib: çoxdan görmədiyin dostlarla görüşmək, saz-söz məclisi, yemək-içməksüfrəsi. İndi bilmirəm, dəvət olunduğum həmin məclisi dediyin o qonaq getməksöhbətinə aid eləmək olarmı?..”




Şairə Rəbiqə Nazimqızı axırıncı dəfə 1 həftə əvvəlqonaq getdiyini deyir: "Aysel Əlizadəgilə qonaq getmişəm.Əvvəlcə Aysel, İzel mən kafedə oturduq, sonra dedik, qalxaq evə - yəni onlara.Ramin işdən gələnədək xeyli söhbət elədik, şeir oxuduq, musiqi dinlədik, eləgecə də onlarda qaldım. Əla gün idi. Aysel xanımın şeirlərini səsləndirdim, məncə,pis alınmadı.”








Yazıçı Qan Turalı isə yumoristik bir cavab verib:"Keçən həftə Həmidəxanım yaxşı plov birşirmişdi. Mirzə ilə bir konyak vurduq.”











 Yazıçı Kənan Hacıqonaq sevən adam olmadığını  dedi:"Yayda ailəviQaxa getmişdik. Orda dəyərli bir  dostumuz yaşayır. Onun evində qonaq olduq.Onda da  iki gün səbrim çatdı. Üçüncü gün səhər yoldaşıma  dedim ki, qayıdırıq vəqayıtdıq. İndiki çətin zamanda  qonaq getmək və qonaq gəlişi ailə büdcəsinəciddi  ziyan vurur. İnsanlar özünə çəkilib, problemləriylə  uğraşır. Heç qonşuqonşunun qapısını açmır.Qorxur ki,  birdən ondan nəsə istəyərlər. Çətindi vəziyyət...







Şair Cəlil Cavanşir axırıncı dəfə 4-5 il bundan əvvəl qonaq getdiyini dilə gətirir: "Qonaq getməyi sevmirəm. Ən yaxınadamın belə evində narahat hiss edirəm özümü.”










Yazıçı, jurnalist Azər Qismət axırıncı dəfə 1 həftəəvvəl qonaq çağırıldığını dedi: "Bir iş yoldaşım qonaqçağırmışdı evinə. Yaxşı balıq bişirmişdi. Bir məsələdə mərcdə uduzmuşdu. Bunun əvəzininecə ödəyəcəyini düşünməyə qoymadım, çünki restorana aparmaq istəyirdi. Sosial problemləri çoxolduğundan təklif etdim ki, bir balıq qızartsın. O da qonaq çağırdı, astarıüzündən baha çıxmadı. Qonaq getmək, qonaq qəbul etməyi çox xoşlayıram. indi biraz azalıb.”






Yazar Ceyhun Musaoğlu dünən qonaqgetdiyini dedi:"Mən tez-tez qonaq gedirəm. Tez-tez də qonaq qəbuledirəm.”









Şair Emin Piri 90-ların nostlaji qonaqlıqlarını sevdiyini bildirdi: "Heyif ki, müasir kapitalistsistem bu cür nostaljiləri əlimizdən aldı. Ev qonaqlıqlarının yerini çay evləri,kafelər tutdu. Ən yaxın qohum, dostları çıxmaqla qonaq getdiyim ancaqrestoranlar olub. Hər həftəsonu bu cür qonaq oluram.”