adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
18 Iyul 2019 10:08
27636
SİYASƏT

AXCP-lər FƏALİYYƏTLƏRİNİ NECƏ TƏNZİMLƏMƏLİ?!

Ölkədə iki AXCPvar: biri Ədliyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçmiş Əli Kərimlinin sədrlik etdiyi AXCP, biri də qeydiyyatdan keçməmiş, yəni qeyri-leqalRazi Nurullayevin başqanlıq etdiyi AXCP.

Yadıma 93-cü il düşdü. Ulu Öndər hakimiyyətəqayıdıb və Ağdamda iki YAP yaradılıb.Biri Qara müəllimin (familiyasını unutmuşam, Maarifin müdiri idi), biri də Zəminə Dünyamalıyevanın (millət vəkili oldu və sonradan Rəsul Quliyevin partiyasınakeçdi) rəhbərlik etdiyi YAP. Qırğıngedir, o deyir əsl YAP mənəm, bu deyir mənəm.

Götürdümqəzetdə onlara bir müraciətyolladım. Dedim, niyə bir-birinizi qırırsız, belə edin dana, biriniz işğalolunmayan ərazilərdə fəaliyyətgöstərin, biriniz də işğal atında olan ərazilərdə, məsələ həll olunsun.

Zəminəxanımın rəhbərlik etdiyi partiya redaksiyaya hücum elədivə mənim elə bir cavabımı və hikkəmi gördü ki, kabinetimdən çıxdılar.

İndibu iki AXCP arasında dava gedir. Dostlar,bir-birinizi qırmayın, sizə də məsləhət görürəm ki, biriniz işğalolunmamış ərazilərdə fəaliyyət göstərin, biriniz də Pakistandan iki atom bombası alıb işğal olunmuş ərazilərdə fəaliyyətgöstərin .

Buməsləhətim eyni zamandaAzərbaycan Xalq Hərəkatına da aiddi.Onlar da Hərəkat oturuşmamış iki yerə bölünüblər.