adalet.az header logo
  • Bakı 24°C
  • USD 1.7
19 Mart 2024 11:49
671
GÜNDƏM

AXCP-nin təşkilat rəhbəri saxlanıldı - DİN-dən AÇIQLAMA

Sosial şəbəklərdə AXCP Daşkəsən rayon şöbəsinin sədri Sahib Məmmədzadənin saxlanması ilə bağlı məlumatlar yayılıb.

Adalet.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib. Qeyd olunub ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən S.Məmmədzadə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Fakta görə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.