Avtomatla vurdular - ölən və yaralanan var
Tanışını avtomatla güllələyib
Şəmkir rayonunda baş vermiş silahlı insidentin təfərrüatı məlum olub. Vesti.az-ın xəbərinə görə, 32 yaşlı Nazim Abbasov və 26 yaşlı Rəşad Məmmədov arasında mübahisə hələ onlar Rusiyanın Rostov şəhərində kiçik bizneslə məşğul olan zaman yaranıb. Tərəflər görüşərək problemi birdəfəlik həll etmək qərarına gəliblər.
Təxminən, axşam saatlarında Kür qəsəbəsindəki Soyuqbulaq adlı yerdə görüşüblər. Rəşad Məmmədov Soyuqbulağa dəstə ilə gəlib.
Şəmkir rayon polis idarəsindən bildiriblər ki, N.Abbasov R.Məmmədova Kalaşnikov avtomatından atəş açıb. Kriminalistlər mərhumun bədənində beş güllə yarası aşkarlayıb.
*****
10:15
Şəmkirdə silahlı insident olub.
Şəmkir Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb. Rayon sakinləri, 1982-ci il təvəllüdlü Nazim Abbasovla 1985-ci il təvəllüdlü Rəşad Məmmədov arasında mübahisə düşüb. Mübahisə zamanı odlu silahdan istifadə edilib. Nəticədə R. Məmmədov aldığı güllə yarasından dünyasını dəyişib. N. Abbasov isə güllə yarası ilə xəstəxanaya yerləşdirilib.
Baş vermiş hadisə ilə bağlı cinayət işi başlanıb, hadisənin baş vermə səbəbləri araşdırılır
Digər Xəbərlər
04 May 2024 10:28
Beyləqanda dörd narkotacir ələ keçdi
03 May 2024 16:04Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
03 May 2024 10:48Ölkəyə onlarla kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
01 May 2024 09:43Evlərdən mobil telefonlar oğurlayan şəxs saxlanılıb
30 Aprel 2024 11:00