adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
04 Aprel 2019 10:55
4977
HADİSƏ

Avtobus avtomobilə çırpılıb aşdı

İranın Kirman vilayətində Zahidan-Yəzd magistralında hərəkət edən avtobus "Samand” markalı avtomobillə toqquşduqdan sonra aşıb.

Adalet.az-ın məlumatına görə, bunu İranın Kirman vilayəti fövqəladə hallar və tibbi yardımlar mərkəzinin direktoru Məhəmməd Sabiri deyib.

M.Sabirinin sözlərinə görə, hadisə nəticəsində 1 nəfər həlak olub, 23 nəfər yaralanıb.

Sabiri əlavə edib ki, yaralılar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.