Avropalı həmkarlarla hər dəfə bildirirəm ki, Azərbaycan etibarlı tərəfdaşdır - Bolqarıstan Prezidenti
"Mən avropalı həmkarlarla görüşlərimdə hər dəfə bildirirəm ki, Azərbaycan etibarlı tərəfdaşdır".
Adalet.az xəbər verir ki, bunu Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində deyib.
"İcazə verin, prezidentlər Vuçiç və Əliyevə bir daha təşəkkürümü bildirim. Onlar oktyabrın 1-də Yunanıstan və Bolqarıstan arasındakı interkonnektorun açılış mərasimində iştirak etmək üçün Sofiyaya gəlmişdilər. Həmin interkonnektor sayəsində Bolqarıstan nəhayət ki, Azərbaycan qazını qəbul edə bildi. Bizim on il öncə anlaşmamız var idi. O vaxt biz nə Avropadan, nə də ki, Azərbaycandan fiziki qaz qəbul edə bilmirdik. Mən Prezident Əliyevə təşəkkürümü bildirmək istəyirəm. O sübut etdi ki, Bakı bütün anlaşma və razılıqlara ciddi yanaşır. Baxmayaraq ki, on il öncə mühüm dəyişikliklər olmuşdu.
Mən avropalı həmkarlarla görüşlərimdə hər dəfə bildirirəm ki, Azərbaycan etibarlı tərəfdaşdır. Mən inanıram ki, biz elə bu cür də çalışmağa davam edəcəyik", - R.Radev bildirib.
Digər Xəbərlər
21 Avqust 2026 16:17
İlham Əliyev Şavkat Mirziyoyevə minnətdarlığını bildirdi
21 Avqust 2026 15:55
Prezident Türkmənistanla bu sənədləri təsdiqlədi
21 Avqust 2026 15:11
“Bu fakt qürur hissi doğurur”
21 Avqust 2026 14:40
“Özbəkistandan Azərbaycana turist səfərlərində artım müşahidə olunur”
21 Avqust 2026 14:33
“Özbəkistan investisiyalı 130-dan çox kommersiya təşkilatı qeydiyyatdan keçib”
21 Avqust 2026 14:22
“Bu, son beş ildə yeddinci səfərimdir”
21 Avqust 2026 14:10
“Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb”
21 Avqust 2026 12:43


Bakı -°C

