Avropada sərhəd yoxlanışları ləğv oluna bilər
Avropa İttifaqı (Aİ) Komissiyası İttifaq ərazisi daxilində sərhədlərə nəzarətin ləğv edilməsini tələb edir.
Adalet.az xəbər verir ki, bunu Avropa İttifaqının miqrasiya məsələləri üzrə komissarı Dimitris Avramopolus "Funke" media qrupuna açıqlamasında deyib. Onun sözlərinə görə, miqrant böhranına rəğmən təcili surətdə Şengen sazişinin yenidən normal fəaliyyət prinsiplərinə qayıtmaq lazımdır.
Avramopolus həmçinin, Avrokomissiyanın miqrasiya siyasəti üzrə təkliflərinin detallarını bu gün Brüsselə təqdim edəcəyini deyib. Bildirib ki, Şengen sazişi Avropa inteqrasiyasının ən böyük nailiyyətlərindən biridir: "Yeni təkliflər məhz həmin sazişin qorunmasına xidmət edəcək. Çünki bizim nə vaxtsa "Avropa qalası” qurmağa ehtiyacımız yoxdur”.
Digər Xəbərlər
29 Aprel 2024 12:25
Bu ölkədə qızılcadan onlarla uşaq dünyasını dəyişdi
29 Aprel 2024 12:09Si Cinpin Fransa, Serbiya və Macarıstana səfər edəcək
29 Aprel 2024 11:57Gürcüstan parlamentində təhlükəsizlik tədbirləri gücləndirilib
29 Aprel 2024 09:43Tramp Baydeni ABŞ-ın ən yaramaz prezidenti hesab edir
29 Aprel 2024 09:42