Avropa Ukraynaya 30 minədək sülhməramlı göndərə bilər
Avropa ölkələri Ukraynada mümkün atəşkəsdən sonra sülhməramlı missiyanın yerləşdirilməsi imkanını müzakirə edir. Fransa, Böyük Britaniya və Türkiyə “İstəklilər koalisiyası” çərçivəsində ABŞ-nin logistik və kəşfiyyat dəstəyi ilə bu təşəbbüsə dəstək verməyi planlaşdırırlar.
Adalet.az xəbər verir ki, AFP agentliyinin əldə etdiyi bəyannamə layihəsinə görə, Rusiya tərəfindən mümkün hücum halında Avropa sülhməramlılarına ABŞ dəstək göstərə bilər. Kontingentin sayı 15–20 min nəfər olaraq nəzərdə tutulsa da, 30 minədək artırılması istisna edilmir. Əsas qüvvələrin Fransa və Böyük Britaniya tərəfindən təmin ediləcəyi, Türkiyənin isə Qara dəniz regionunda təhlükəsizliyə nəzarət edəcəyi bildirilir. Sülhməramlıların əsas hissəsinin Ukraynanın qərbində yerləşdirilməsi planlaşdırılır.


Bakı -°C

