Avropa ölkələri Rusiya pullarını yeni üsulla bloklayır
Avropa ölkələri Rusiyanın pul köçürmələrinin qarşısını yeni üsulla - rusiyalılarla və yaxud rusiya şirkətləri ilə əlaqəli trans fondlarının hesablarını bloklamaqla almağa başlayıb. Avropa İttifaqı aprel ayından yeni reqlament tədbiq etməyə başlayıb. Avropa şirkətləri rəhbərliklərinə rusiyalı müştərilərlə - həm fiziki, həm də hüquqi şəxsləri ilə iş aparmağı qadağan edib.
Müqavilələri olanlarla öhdəlikləri 10 may tarixinədək dayandırmaq tələbi qoyulub. Müddət qoyulmasına baxmayaraq, artıq bir çox şirkətlərin rəhbərlikləri və fondlar rusiyalı müştəriləri ilə münasibətləri dayandırıb. Bunların içərisində hazırda ABŞ -da yaşayan, Dövlət Dumasının keçmiş deputatı Aşot Yeginazarovun 250 milyon dolları saxladığı Lixteynşteynin Alpha trastının aktivlərini bloklayan Monako bank da var.
Yegizaryan bu pulları Rusiyanın paytaxtında satdığı "Moskva" mehmanxanasından əldə etmişdi. Avropa İttifaqının hüquqşünasları bildirirlər ki, bu qadağalar Avropa dövlətlərində ikinci vətəndaşlığı olanlara aid edilməyəcək. Bir çox avropa dövlətləri, investisiya yatırımlarına görə güzəştlərlə vətəndaşlıq almaq istəyənlərin məsələsinə məhdudiyyətlər qoymağa başlayıblar.
Rüstəm Hacıyev
Digər Xəbərlər
15 Dekabr 2025 19:00
TƏBİB rəhbərindən nöqsanlarla bağlı xəbərdarlıq
15 Dekabr 2025 18:42
Gültəkin Hacıbəylinin Türkiyədən deportasiyasına QƏRAR VERİLDİ
15 Dekabr 2025 18:39
Bakıda məşhur mağazadakı fincanlarda ağır metallar aşkarlandı - Birgə məlumat
15 Dekabr 2025 17:39
"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirildi
15 Dekabr 2025 15:34
Amnistiya aktının 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir
15 Dekabr 2025 15:31
Prezidentin general-leytenant rütbəsi verdiyi Adil Abdullayev kimdir?
15 Dekabr 2025 14:17
Prezident onlara general rütbəsi verdi - SƏRƏNCAM
15 Dekabr 2025 11:49


Bakı -°C

