Avropa Liqasında finalçılar müəyyənləşəcək - Yenilənir
Bu gün futbol üzrə Avropa Liqasında finalçıların adına aydınlıq gələcək.
Adalet.az xəbər verir ki, həlledici görüşə vəsiqə qazanacaq komandalar İngiltərə və Fransada keçiriləcək yarımfinal mərhələsinin cavab oyunlarından sonra bəlli olacaq.
İlk qarşılaşmaların nəticələrinə əsasən,"Mançester Yunayted”lə "Ayaks” finalçı olmağa daha yaxındır. İngiltərə təmsilçisi İspaniyada "Selta”nı 1 cavabsız qolla üstələdiyi halda, Hollandiya komandası evdə "Lion”u darmadağın edib - 4:1.
Qeyd edək ki, final matçı mayın 24-də İsveçin paytaxtı Stokholmdakı "Friends Arena”da keçiriləcək.
Avropa Liqası
Yarımfinal mərhələsi, cavab oyunları
11 may
23:05. "Mançester Yunayted” (İngiltərə) – "Selta” (İspaniya)
Baş hakim: Ovidiu Hatseqan (Rumıniya)
İlk oyun – 1:0
23:05. "Lion” (Fransa) – "Ayaks” (Hollandiya)
Baş hakim: Şimon Martsinyak (Polşa)
İlk oyun 1:4
Digər Xəbərlər
30 Aprel 2024 19:22
Azərbaycan millisi Rumıniya ilə üz-üzə
30 Aprel 2024 15:37"Qarabağ"ın Çempionlar Liqasındakı daha bir mümkün rəqibi bəlli oldu
30 Aprel 2024 15:32"Modriçin varisi olacağımı dedilər" - Arda Gülər
30 Aprel 2024 14:00İstanbul Formula 1 Türkiyə Qran-Prisinə yenidən ev sahibliyi edə bilər
30 Aprel 2024 12:09