Avropa İttifaqı prezidentin əfv sərəncamını alqışlayıb
Avropa İttifaqı prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə 84 nəfərin azadlığa çıxmasını alqışlayıb.
APA-nın məlumatına görə, Avropa İttifaqının təhlükəsizlik və xarici siyasət üzrə ali nümayəndəsi Ketrin Eşton ilə Avropa qonşuluq siyasəti və genişlənmə üzrə komissar Ştefan Fülenin birgə bəyanatında əfv sərəncamı alqışlanıb və müsbət addım kimi dəyərləndirilib.
Bəyanatda Aİ-nin Azərbaycanla əlaqələrə verdiyi önəm vurğulanıb və Aİ-Azərbaycan münasibətlərinin hər iki tərəfin xeyrinə əhəmiyyətli potensialı olduğu qeyd edilib: "Biz Azərbaycanın sabit, təhlükəsiz və firavan gələcəyə malik ölkə olması ilə bağlı istəklərini bölüşür və Avropa Şurasının hazırkı sədri kimi Azərbaycanın beynəlxalq öhdəliklərinə uyğun olaraq açıq və əhatəli milli dialoqun ən yaxşı yol olduğuna əminliyimizi bildiririk”.
Digər Xəbərlər
04 May 2024 14:52
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
04 May 2024 14:08Yol polisindən qaydaları pozan tanınmışlara müraciət
04 May 2024 13:36Azərbaycanda şirkət və müəssisələrə məşhur sistemlə bağlı XƏBƏRDARLIQ
03 May 2024 23:14Sərhədimizdəki bu kənd minalardan təmizləndi, yol açıldı
03 May 2024 21:57