Avropa çempionumuz: “Onun uşağı ilə oynamaq üçün ürəyim gedir”
"Bolqarıstanda məşq zalları bağlıdır. Amma mən hər gün özüm məşq edib, formamı qorumağa çalışıram”.
BunuOxu.Az-a qadın güləşi üzrə millimizin aparıcı üzvlərindən olan Elis Manolova deyib.
Əslən türkolan 24 yaşlı idmançımız Bolqarıstanın paytaxtı Sofiyada yaşayır. O, karantin günlərində məşğul olduğu işlərdən danışıb:
"Mütaliə edirəm. Amerikalı yazıçı Den Braunun əsərlərini oxumağı sevirəm. "PlayStation” oynamaqla aram yoxdur. Televiziya izləyirəm və hər axşam yaxınlıqda yaşayan bacıma qonaq gedirəm. Onun uşağı ilə oynamaq üçün ürəyim gedir”.
Digər Xəbərlər
05 May 2024 00:19