Avroliqanın finalı ilə bağlı Azarkeş Festivalı keçiriləcək
Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu çərçivəsində Azarkeş Festivalı təşkil olunacaq.
5 günü əhatə edəcək təbir Dənizkənarı bulvarda yerləşən Kukla Teatrının qarşısında keçiriləcək. Burada azarkeşlər UEFA Kuboku ilə şəkil çəkdirə, DJ-lərin çıxışından zövq ala, fərqli əyləncəli futbol oyunları oynayacaqlar.
Uşaqlar üçün ayrılmış zonada azyaşlılar yumşaq qalanın üzərində tullana, öz üzlərinə rənglətdirə və zərbə yarışlarında bacarıqlarını nümayiş etdirəcəklər. Həmçinin böyüklər müxtəlif oyunlara qatılaraq, hədiyyələr qazanacaqlar.
Festival günləri və iş saatları:
25-27 may: 14:00 - 22:00
28 may: 12:00 - 22:00
29 may: 10:00 - 22:00
Giriş hər kəs üçün pulsuzdur.
Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək finalda İngiltərənin "Arsenal” və "Çelsi” komandaları qarşılaşacaq.(report)
Digər Xəbərlər
30 Aprel 2024 12:09
“Qarabağ” – “Neftçi” oyununun stadionu dəyişdirildi
30 Aprel 2024 10:39VI İslam Həmrəyliyi Oyunlarının Təftiş Komitəsinin üzvləri Ər-Riyada səfər edib -FOTOLAR
30 Aprel 2024 10:30Çempionlar Liqasında yarımfinal görüşləri başlayır
30 Aprel 2024 10:18Levandovskidən het-trik, "Barsa"dan əzmkar qələbə
29 Aprel 2024 20:44