AVRO-2024: Almaniya darmadağınla başladı - VİDEO + YENİLƏNİB

Almaniyada futbol üzrə XVII Avropa çempionatına start verilib.
Adalet.az xəbər verir ki, A qrupunun ilk matçında ev sahibi komanda Şotlandiya ilə qarşılaşıb.
Münhendəki "Allianz Arena"da baş tutan matçda meydan sahibləri 5:1 hesablı qələbə qazanıb.
Qarşılaşmada hesabı almanların heyətində 10-cu dəqiqədə Florian Virts açıb. 9 dəqiqə sonra Jamal Musiala komandasının üstünlüyünü iki topa çatdırıb. 45+1-ci dəqiqədə Kai Havertz Şotlandiyanın qapısına üçüncü dəfə yol tapıb. İkinci hissəyə də aktiv başlayan almanlar 68-ci dəqiqədə Niklas Fullkruqla daha bir qola seviniblər. Final fitinə 3 dəqiqə qalmış şotlandlar buraxılan qollardan birinin əvəzini çıxıb. Antonio Rudiger avtoqol müəllifi olub. Matçda yekun hesabı isə 90+3-cü dəqiqədə fərqlənən Emre Can təyin edib.
Qeyd edək ki, bu qrupun digər qarşılaşması sabah, saat 17:00-da Macarıstan və İsveçrə yığmaları arasında gerçəkləşəcək.
***00:38
Futbol üzrə XVII Avropa çempionatının açılış matçında Almaniya millisi Şotlandiyanı 4-cü dəfə oyuna mərkəzdən başlamağa məcbur edib.
Adalet.az xəbər verir ki, Niklas Fullkruq 68-ci dəqiqədə meydan sahiblərinin üstünlüyünü bir qədər də artırıb - 4:0.
Qarşılaşma davam edir.
***00:12
Futbol üzrə XVII Avropa çempionatının açılış matçı olan Almaniya - Şotlandiya matçında ikinci hissə başlayıb.
Adalet.az xəbər verir ki, fasilədən sonra meydan sahibləri 3:0 hesabı ilə öndədir.
Şotlandiyanın heyətində Rayan Porteus qırmızı vərəqə aldığı üçün ikincilər oyunu 10 nəfərlə davam etdirir.
***23:52
Futbol üzrə XVII Avropa çempionatının açılış matçında Almaniya millisi üçüncü qolu vurub.
Adalet.az xəbər verir ki, 45+1-ci dəqiqədə Kai Havertz penalti zərbəsini dəqiq yerinə yetirib.
Penaltiyə səbəb olan Rayan Porteus qırmızı vərəqə ilə cəzalandırılıb.
Almaniya - Şotlandiya matçında ilk hissə bu hesabla yekunlaşıb.
***23:21
Futbol üzrə XVII Avropa çempionatının ilk oyununda ikinci qol vurulub.
Adalet.az xəbər verir ki, A qrupunun Almaniya - Şotlandiya matçında meydan sahibləri üstünlüklərini bir qədər də möhkəmləndiriblər.
10-cu dəqiqədə Florian Virç Şotlandiya seçməsinin qapısına yol tapıb. 9 dəqiqə sonra Camal Musiala komandasının üstünlüyünü iki topa çatdırıb.
Münhendəki "Allianz Arena"da başlayan görüşü fransalı FIFA referisi Kleman Tyurpen idarə edir.
Oyunun start fiti saat 23:00-da səslənib.
***23:03
Almaniyada futbol üzrə XVII Avropa çempionatına start verilib.
Adalet.az xəbər verir ki, A qrupunun ilk matçında ev sahibi komanda Şotlandiya ilə qarşılaşır.
Münhendəki "Allianz Arena"da başlayan görüşü fransalı FIFA referisi Kleman Tyurpen idarə edir.
Oyunun start fiti saat 23:00-da səslənib.