adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
11 Aprel 2017 17:51
17197
SİYASƏT

AVCİYA monitorinqin nəticələrini açıqladı

Aprelin11-də AzərbaycandaVətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının İnsan Hüquqları XX əsr-AzərbaycanFondu ilə birgə həyata keçirdiyi "Uşaqlara siqaret satmaq qadağandır!”ümumrespublika kampaniyası çərçivəsində "Yetkinlik yaşına çatmayanların tütün məmulatlarınaçatımlılığı: problemlər və həlli yolları” mövzusunda Dəyirmi Masa olub.

Tədbirigiriş sözü ilə açan AVCİYA-nın vitse-prezidenti Elçin Salmanov tədbiriştirakçılarını Assosiasiyanın prezidenti, millət vəkili Elxan Süleymanovunadından salamladıqdan sonra təşkilatın fəaliyyəti ilə bağlı məlumat Verdi.Natiq qeyd etdi ki, cəmi bir neçə gün əvvəl AVCİYA-nın Qarabağla bağlıhesabatının BMT-nin rəsmi saytında dərc olunduğunu vurğuladı. E.Salmanov dahasonra AVCİYA-nın İnsan Hüquqları XXI əsr Azərbaycan Fondu ilə birgə keçirdiyikampaniyanın məqzi barəsində danışdı.

İnsanHüquqları XXI əsr Azərbaycan Fondunun rəhbəri Şahin Camalov Fondun "ELS”Araşdırma Mərkəzi ilə birgə Bakı şəhərinin siqaret satılan ticarət obyektlərindətütün məmulatlarının ticarətdə qanunauyğunluğunu müəyyənləşdirmək məqsədiləaparılan monitorinq və rəy sorğusunun nəticələri haqqında danışdı. Qeyd olunduki, sorğu 2017-ci il mart ayının 9-dan 11-dək Bakı şəhərinin Nizami, Xətai, Səbail,Yasamal, Binəzədi, Nəsimi rayonlarındakı ticarət obyektlərində "Face to face”metodologiyası ilə keçirilib və sorğunun anonimliyi təmin olunub. Monitorinq nəticəsindəmüəyyən olunub ki, ticarət obyektlərinin 82,8%-də 18 yaşa çatmayanlara siqaretsatışının qadağan olunmasına dair elan yoxdur. Yeniyetmələrə siqaretin satışıilə bağlı qadağa haqqında satıcıların yalnız 3,4%-nin məlumatı yoxdur,satıcıların 6,9 %-i isə ədələ siqaret satışının mümkün olduğunu qeyd edib.Satıcıların 96,6 %-I siqaret almaq üçün müraciət edən yeniyetmələrin yaşını gözəyarımüəyyən edir. Ş.Camalov bildirib ki, "Tütün məmulatı haqqında” AzərbaycanRespublikası Qanununda "siqaret, papiros və siqarillaların” ədədlə satışıqadağan olunsa da, monitorinqin əhatə etdiyi bütün obyektlərdə siqaretin ədədləsatılması müəyyən edilib. Rəyi soruşulanlar vergi orqanları, Ticarət və XidmətDepartamenti, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının MüdafiəsiDövlət Xidməti, icra hakimiyyəti və digər orqanların siqaret satışına nəzarətihəyata keçirdiyini bildiriblər. 

TəhsilNazirliyinin nümayəndəsi Firudin Həmzəyev belə atual məsələyə reaksiya göstərdiyinəgörə AVCİYA-nın rəhbərliyinə təşəkkürünü bildirib. Nazirliyin nümayəndəsiqanunvericiliklə qadağan olunmasına rəğmən məktəblərin və təhsil müəssisələrininyaxınlığında tütün məmulatları satan satış obyektlərini böyük problem kimi dəyərləndirib. Natiq bu halların qarşısını almaq üçünaidiyyatı orqanların, qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin yardımınınlazım olduğunu vurğulayıb.

Daxiliİşlər Nazirliyinin nümayəndəsi Əkbər Əkbərov qeyd etdi ki, müzakirə olunan məsələilə bağlı DİN Təhsil Nazirliyi ilə birgə yalnız bu ilin birinci yarısında 325 tədbirkeçirib. Yetkinlik yaşına çatmayanlara tütün məhsullarının satılmaması üçünsanksiyaların sərtləşdirildiyi bildirilib və bu məsələdə valideynlərin məsuliyyətiməsələsi önə çəkilib. Natiq xüsusilə yetkinlik yaşına çatmayanlara ədədləsiqaret satılmasını böyük problem kimi səciyyələndirib.

Ticarətvə Xidmət Departamentinin nümayəndəsi Salman Məmmədli müzakirə edilən problemləbağlı təmsil etdiyi qurumun fəaliyyəti ilə bağlı danışıb. Natiq tütün məmulatlarınınədədlə satışının qarşısının alınacağı təqdirdə yeniyetmələrin siqaret almaqimkanlarının xeyli məhdudlaşacağına diqqəti yönəldib.

SəhiyyəNazirliyinin nümayəndəsi Tofiq Musayev bildirdi ki, tütün tüstüsü həm siqaret çəkənlər,həm də çəkməyənlər üçün böyük problemdir. O, yeniyetmələrin 7 %-nin, qadınların1 %-nin siqaret çəkdiyini qeyd edib, lakin adı çəkilən qrupların 49 %-nin özevlərində tütün tüstüsünün qoxusuna məruz qaldığını qeyd edib. Nazirlik nümayəndəsitütün məhsulları üçün aksiz vergisinin qaldırılmasının və ictimai yerlərdəsiqaret çəkilməsinin qadağan edilməsinin vacibliyini vurğulayıb.

Müzakirələrəyekun vuran Elçin Salmanov növbəti mərhələdə Cəlilabad, Xaçmaz, Şamaxı, Şəkirayonlarında, Gəncə və Mingəçevir şəhərlərində rayon polis şöbələrininyetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin əməkdaşlarının,rayon təhsil şöbələri və icra hakimiyyəti nümayəndələrinin iştirakı iləseminarların keçiriləcəyini bildirdi.