adalet.az header logo
  • Bakı -°C
23 Yanvar 2023 12:40
815
DÜNYA
A- A+

 Avakovun cinayətləri: Helikopterdə ölüm, silah qaçaqmalçılığı...

Misir Qasımlı və Sübhan Quliyevin Ukraynada həbs edilməsi Azərbaycan ictimaiyyətibirmənalı qarşılamadı. Kimisi 44 günlük müharibədə iştirak etmiş Misirin həqiqətən də cinayətkar olmasına inandırıldı, kimisi isə (çox az hissə) onun şətılıb tora salındığına inandı. Mən və ətrafımdakı insanların bir çoxu 2-ci varianta daha çox inandı.

Çünki araşdırmalarımız nəticəsində bizə dəqiq aydın idid ki, Ukraynada böyük bir etməni mafiyası və terror qrupu mövcuddur. Hətta bu qrupun üzvləri həm hazırda səlahiyyətli qurumlarda yüksək vəzifələrdə çalışırlar. Baxmayaraq ki, Mixail Bno-Ayriyan Kiyev Vilayət Dövlət Administrasiyasının rəhbəri mafioz ermənilərin havadarıdır. Mafiyanın başçısı deyilən Arsen Avakov (Avakyan) 7 il Daxili işlər naziri (2014-2021) vəzifəsində çalışıb. Bu mafioz, oliqarx, qisasçı erməni Azərbaycan əsilli ukraynalılara səlahiyyət imkanları daxilində Avakov daha çox zərbə vurub: 2016-cı ilin aprel döyüşlərindəki uğurdan sonra Ukraynada çalışan azərbaycanlı iş adamlarına qarşı kriminal hadisələr intensivləşdi.

Həmin ili Azərbaycanlılara məxsus 12 iri restoran yandırıldı, 6 bahalı avtomobil qaçırıldı. 2014-cü ilin mayında “Ukrayna Azərbaycanlıları Konqresi”nin və “Ukrayna Millətlər Məclisi”nin sədri Rövşən Tağıyevə qarşı sui-qəsdlər, Kremençik şəhər bələdiyyəsinin sədri Oleq Tağıyevin öldürülməsi, iş adamı Xızır Məmmədov, Təbriz Ələkbərov və adlarının çəkilməsini istəməyən yüzlərlə azərbaycanlının polis tərəfindən soyulmasının arxasında “Avakov mafiyası”nın olması artıq kimsəyə sirr deyil.2016-cı ilin sentyabrında soydaşlarımız Daxili İşlər Nazirliyi qarşısında etiraz aksiyası keçirdilər. Azərbaycan ictimaiyyəti və dövləti də bildi ki, həm oliqarx, həm də mafiyoz olan Arsen Avakov 2014-cü ildən vəzifəsinə başlayandan yəni 2 il ərzində 20-dən çox azərbaycanlı iş adamı və iş adamlarının övladları oğurlandı, tanınmış azərbaycanlılara sui-qəsdlər təşkil edildi. Lakin bu cinayətlərin üstü hələ də açılmayıb, heç kim cinayət məsuliyyətinə cəlb edilməyib.
Ölkədə ədalətsizlik və Avakovun özbaşnalığı 2021-ci ilin iyulunda onu istefa ərizəsi yazdırmağa itələdi.
Onun yerinə isə Denis Monastırski təyin edildi.

Ermənilərin terrorçu, qisasçı, cinayətkar olduğunu bilirik. Bütün keçmiş sovet məkanları kimi Ukrayna isə bu toplumun ən çox yaşadığı və özbaşınalıq etdiyi yer olduğunu da bilirik.
İndi isə ermənilərin bir neçə cinayət əməlini nəzərinizə çatdıraq:
1. Misir Qasımlının və Sübhan Quliyevin həbsi Qarabağ döyüşlərində iştirak etmiş azərbaycanlıdan alınan erməni qisasıdır. Bunu Misir Qasımlının “”cinayət işi” açılması mümkünsüz olan müəmma dolu nüanslardan bilmək olar.
2. Arsen Avakov Ukraynadakı qarışıqlıqdan istifadə edərək yenidən yüksək vəzifəyə gəlmək ümidindədir. Xüsusən, Daxili İşlər Naziri olmağı qarşısına məqsəd qoyub. Kiyev vilayətinin Brovarı şəhərində helikopterin uşaq bağçasının yanında qəzaya düşməsi sizə bir “qurulmuş işdən” xəbər verir mi? Helikopterdə 16 nəfərdən başqa daxili işlər naziri Denis Monastırski, onun müavini Yevgeni Yenin və Ukrayna Daxili İşlər Nazirliyinin dövlət katibi Yuri Lubkoviç həlak olması doğrudanmı sizə heç nə “demir”?
3. Erməni diasporu Ukrayna ordusunun pilotsuz təyyarələrini Ermənistana göndərir. Ukrayna Erməniləri İttifaqının icraçı direktoru Hovakim Arutyunyanın açıqlaması bunun etirafı hesab oluna bilər: “Biz artıq Ermənistana kəşfiyyat məqsədilə istifadə olunan pilotsuz uçuş aparatlarını göndərmişik. Mən təyyarələrlə göndərənləri tanıyıram... Varşava-İrəvan reysi ilə aparılır. Buradan, Ukraynadan ordumuza çoxlu kömək göndərilir. Təsəvvür edin, bizdə müharibə var. Amma bizim ermənilər Ermənistana kömək edə bilirlər, Ukrayna tərəfindən vuruşan hərbçilərmiz Ermənistandakı qardaşlarına pilotsuz uçuş aparatları göndərə bilirlər.
 


Həmkarım Asif Nərimanlının fikrincə Hovakim Arutyunyanın açıqlaması kifayət qədər ciddi məqamları da açmış olur:” Birincisi, ermənilər PUA-ları necə əldə edir? İkincisi, daşınma hansı marşrutla həyata keçirilir?Arutyunyanın açıqlamasında sualların cavabı da var:

- müharibə aparan Ukrayna ordusunda PUA-lar, yaxud digər silahların satışının həyata keçirilmədiyi bəllidir, bu yalnız o halda baş verə bilər ki, orduda kimlərsə Qərb ölkələrinin verdiyi, yaxud Ukrayna xalqının pulu ilə alınan silahları oğurlayaraq, satır;
- erməni diasporu da Ukrayna ordusunun arsenalına daxil olan silahları qanunsuz yolla əldə edir və qaçaqmalçılıq yolları ilə Ermənistana göndərir;
- bu prosesdə Ukrayna ordusunda döyüşən ermənilər əsas vasitəçidir;
- oğurlanan silahlar – PUA-lar Varşava-İrəvan reysi ilə Ermənistana daşınır;

Müharibə aparan ölkələrdə silah oğurluğu və qaçaqmalçılığı üçün imkanlar geniş olur. Arutyunyanın açıqlaması erməni mafiyasının Ukraynada bu işlə məşğul olduğunu ispat edir. Və oğurlanan silahlar Ermənistan tərəfindən Azərbaycana qarşı istifadə edilməklə yanaşı, Rusiya ilə müharibə aparan Ukrayna ordusunu da zəiflədir. Bunu rəsmi Kiyev də, Ukraynaya silah göndərən Qərb ölkələri də nəzərə almalıdır...

P.S. Ukraynanın hazırki dövlət və hökümət orqanlarında, eləcə də, ölkənin “qaranlıq dünyasında” ermənilərə məxsus kifayət qədər peşəkar cinayət dəstə fəaliyyət göstərdiyi artıq “gözüyumulu” insanların da gözünü açmalıdır. Baxın, Misir Qasımlı necə bir böyük təhlükənin qarşısında köməksiz qalıb. Siz isə güclü erməni təbliğatına aldanıb, Misirə “cinayətkar” etiketi yapışdırırsınız! Bəlkə Ukraynada baş verən proseslərə bir də bizim yazdığımız bu yazını oxuyandan sonra, bizim gözümüzlə baxasınız?


Əntiqə Rəşid