"Atletiko" "Barselona"nı darmadağın etdi - VİDEO
İspaniya Kral Kubokunda yarımfinal mərhələsi davam edir.
Adalet.az xəbər verir ki, yarımfinal matçında “Atletiko” “Barselona” ilə qarşılaşıb.
Görüş madridlilərin üstünlüyü ilə keçib. Hesab 6-cı dəqiqədə açılıb. Erik Qarsiya avtoqol müəllifi olub. Çox keçmədən Antuan Qrizmann fərqi iki topa çatdırıb. 33-cü dəqiqədə Ademola Lukman, ilk hissənin sonlarında isə Xulian Alvarez fərqlənib.
İkinci hissədə “Barselona”nın səyləri nəticə göstərməyib. “Atletiko” böyükhesablı qələbə qazanmağı bacarıb - 4:0.


Bakı -°C

