“Rəqəmsal iqtisadiyyatın genişlənməsi əlavə dəyər yaradan sahələrin inkişafına da təkan olacaq”
2030-cu ilə qədər qlobal iqtisadiyyatın 70%-nin rəqəmsal texnologiyalardan ibarət olacağı gözlənilir. Bu reallıq fonunda Azərbaycan son illərdə rəqəmsallaşma istiqamətində mühüm addımlar atmaqdadır. Dövlət xidmətləri, maliyyə sektoru, modern infrastruktur kimi geniş spektri əhatə edən rəqəmsal transformasiya artıq ölkənin inkişaf strategiyasının əsas sütunlarından birinə çevrilib. Cənab Prezidentin də söylədiyi kimi, “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planı ölkəmizə strateji istiqamətdə real üstünlüklər qazandıracaq. Bu konsepsiya dövlət informasiya sistemlərinin inteqrasiyasını, məlumatların vahid platformada idarə olunmasını və süni intellekt həllərinin tətbiqini nəzərdə tutur. Xüsusilə Azərbaycanın coğrafi mövqeyi, makroiqtisadi və siyasi sabitlik, texnologiyaya açıq əhali, dövlət səviyyəsində rəqəmsallaşmanın prioritet olması bu sahədə böyük potensial yaradır.
Ölkənin regional tranzit mərkəzinə çevrilməsi planları da rəqəmsal logistika və məlumat axınının inkişafını zəruri edir. Rəqəmsal transformasiya yalnız proqram təminatı ilə məhdudlaşmır. Fiber-optik internet şəbəkəsinin genişləndirilməsi, mobil rabitə texnologiyalarının inkişafı ölkənin texnoloji infrastrukturunu möhkəmləndirir. Prezident İlham Əliyev də bildirib ki, “Hazırda bizi Xəzər dənizinin Şərq sahilləri ilə birləşdirəcək fiber-optik kabelin çəkilişi layihəsi icra edili. Beləliklə, Şərqə doğru bağlantılar təmin ediləcək, Qərbə doğru isə yeni bağlantılar üzərində işləməliyik”.
Həmçinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri isə rəqəmsal idarəetmənin real tətbiq nümunələridir. Enerji, nəqliyyat və kommunal xidmətlərin rəqəmsal platformalar üzərindən idarə olunması yeni şəhər modelinin əsasını qoyur.
Bununla yanaşı, kibertəhlükəsizlik, rəqəmsal savadlılığın artırılması və innovasiya mühitinin daha da genişləndirilməsi əsas hədəflər sırasındadır. Vahid fəaliyyət planı dövlət idarəçiliyində yeni keyfiyyət dəyişiklikləri yaradacaq, inteqrasiya olunmuş sistemlər qərarverməni daha sürətli edəcək. Həmçinin dövlət qurumları arasında informasiya təkrarlanması azalacaq, kağız sənəd dövriyyəsi minimuma enəcək, şəffaflıq və hesabatlılıq artacaq. Nəticə etibarı ilə daha çevik və effektiv dövlət modeli formalaşacaq. Bu sahədə dünyanın aparıcı şirkətləri ilə təmaslar daha sıx olmalıdır. Təsadüfi deyil ki, Amerika Birləşmiş Ştatlarının şirkətlərinin ölkəmizə maraq göstərməsi, həmçinin İsraillə bu yaxınlarda imzalanan Anlaşma Memorandumu beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar açır.
İqtisadi səmərəlilik və rəqəmsal iqtisadiyyatın genişlənməsi yüksək əlavə dəyər yaradan sahələrin inkişafına da təkan olacaq.
Beləliklə, Azərbaycan regionda rəqəmsal mərkəzə çevrilə, Transxəzər və Orta Dəhliz layihələrində rəqəmsal logistika üstünlüyü yaranar.
Digər Xəbərlər
25 Mart 2026 20:19
"Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib" - Mirzoyan
25 Mart 2026 18:11
Sahibə Qafarova ilə görüşdə Azərbaycana təşəkkür etdi - FOTOLAR
25 Mart 2026 11:37
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
25 Mart 2026 11:01
“Müharibənin daha üç il davam etməsi silah-sursat qıtlığına səbəb olacaq”
25 Mart 2026 10:07
“ABŞ-nin Tehranda dəyişə bilmədiyi rejimlə əməkdaşlığı təəcüblü deyil...”
25 Mart 2026 10:05
“İsrailin İrana qarşı müharibəsi davam etsə də...” – Politoloq
24 Mart 2026 15:41
Sahibə Qafarova Çinə səfər etdi - FOTO
24 Mart 2026 10:11


Bakı -°C

