adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
17 Sentyabr 2018 15:55
8708
SİYASƏT

ATƏT-dən CANIMIZ QURTARSAYDI QARABAĞI AZAD EDƏRDİK

Bir cırıq tumana yamaq olmayan ATƏT 26 ildi Qarabağ məsələsindəheç bir qələt eləməyib. Həmsədrlər də ABŞ-ı,Fransanı və Rusiyanı təmsil edir.

70-ci illərdə universitetinjurnalistika fakültəsinin bir professoru fakültənin dekanı hörmətli Şirməmməd Hüseynova 1-ci kursda oxuyan tələbədən bərk giley edir:

- Savadı yox, mədəniyyətiyox, bu universitetə necə qəbul olunub?

Şirməmməd müəllimkinayə ilə gülümsəyib deyir:

- Sam zavaril kaşu.

Heç demə, o tələbəni universitetə həmin müəllimdüzəldibmiş.

İndi Qarabağ probleminin çözülməsini də «kaşanı zavarit» edənlərdən umuruq.

Odur ey, Paşinyan həmin çömçələrdən biri olan Fransaya bəyanat veribki, «Qarabağ məsələsində heç bir güzəştəgetməyəcəyik».

Fransanın ATƏT-dəkipudralı-kraskalı həmsədri Pyer Andryu bu sözdənsonra utanmayıb yenə gəlib buralardasülənəcəksiniz?!