adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
25 Sentyabr 2018 11:42
30919
ƏDƏBİYYAT

Atamın ayaqqabıları - Orxan Saffaridən YENİ HEKAYƏ

Adalet.az gənc yazar Orxan Saffarinin "Atamın ayaqqabıları" adlı yeni hekayəsini təqdim edir. 


Səhər oyanıbgörəndəki həyətimiz nurani babamın saqqalıtək ağarıb; sevincindən yerimdəhoppanıb düşdüm, əllərimi bayraqtək havada yellədim. İçimi xoşbəxt bir həyəcanbürüdü. Tez keçən ildən qalma köhnə paltomu geyindim, papağı və şərfi də taxıbhəyətə düşdüm. Bircə əlcəyim yox idi...

***

Atam heçyerdə işləmirdi, əlillikdən aldığı pul ilə dolanırdıq. Bəlkə də bir əlcəkalmağa pulu çatardı, amma atama bunu deməyə ürək eləmirdim. Özümün də pulyığmağa həvəsim yox idi.

Amma qar...Vaxtından tez yağdı. Bir az gözləsəydi nə olardı ki? Əllərim əlcək görüb sevinərdi.İndi iri əllərimi corabların içinə həbs eləmişdim. Qıraqdan baxanda qarnınızıtutub gülə bilərdiniz bu mənzərəyə... Mənsə xoşbəxt idim. İlk qarın sevincindənəlcək də vecimə deyildi. Sonradan da almadım, nədənsə. Əlcəksiz də keçinməkolardı...

Onda günümüzancaq qartopu oynamaq, qar adam düzəltmək, bir də buz bağlayan yerlərdə sürüşməkləkeçərdi. Yolda maşınları da qar atəşinə tuturduq, bəzən bir-birimizi yerə yıxıbağzımıza qar təpirdik. Səhəri gün qızdırma içində uzaqdan görünən pəncərəmizinarxasında uşaqlar sevinclə, qışqır-bağırla qar topu oynayırdı. Biz çarpayıdabüzüşüb baxardıq eləcə. Boz-bulanlıq mənzərə içimizdə tərifsiz kədəroyadardı...

Həmin il qışsərt keçdi. Hər gün bir neçə saat dayanmadan qar yağırdı, gecələr çovğunolurdu. Onu deyirdim axı... Atam işləmirdi. Əlcəyim yox idi. Qar isə hər günüzlü qonaqtək həyətimizə soxulurdu...

Qarlı günlərdənbiri həyətdəydik. Uşaqlarla qar adam düzəltmişdik. Bu dəm anamın məni səslədi,qar xışıltısının arxasından yeksənəq səsi gəlirdi. Güclə eşidirdim.

Dabanımatüpürdüm. Anam mənə baxanda hiss elədim ki, bütün bədəni xorla qışqırır: "Havasoyuqdu. Üstün-başın düz-əməlli deyil. Birdən xəstələnsən, nə edərik? Dədən dəişləmir. Dərman pulu var bunun, həkimə getməyi var. Hardan tapacayıq pulu?”

Anamın gözlərindəyazılan bu cümlələrdən bərk utandım. Qapının aralığından evə dürtüldüm. Soyuq,qarı özü ilə dartıb gətirən külək kürəyimə vurdu. Dostcasına... Elə bildim ki,hər şey yaxşı olacaq. Gülümsündüm bekara...

Corablarıçıxardanda əllərim yalan danışan bir adamın yanaqları kimi qıp-qırmızı idi. Əlimi-əliməsürtə-sürtə qızınmağa çalışırdım. Bir köhnə qaz sobamız da var idi. Nə yaxşıki, sağ-salamat yerindəydi. Hər gün gəlib onun dibində otururdum...

Qış girəndənanam daha çox sulu yeməklər bişirərdi. Elə evə girəndə də qızışmaq üçün birkasa isti borş verdi. Soyuq havanın əsl yeməyidir bu. Buğlanan borşa baxıb xoşbəxtcəsinəgülümsündüm.

Sarımsaqlıqatıqla bir kasa borşu ləzzətlə içəri ötürdüm. Anam zoğal mürəbbəsi ilə çay dagətirdi. Buzum əridi. Pəncərə tərəfə boylananda uşaqların sevincqışqırıqlarının qulağıma dəydi, həvəsim oyandı. Təzədən həyətə düşüb oynamaqüçün anama dil tökdüm:

- İcazə ver,çıxım gəzim... Heç olmasa... Tez gələcəm, nolar... Qurban olum... Bütün uşaqlarçöldədi...

Anamın üzünətəbəssüm qondu.

Sevincək evdənçıxmağa hazırlaşırdım ki, qapının ağzında gözüm atamın yan tərəfi cırılmışayaqqabılarına sataşdı.. Kefimi pozmamaq üçün "yəqin başqa ayaqqabısı varda atamın" - deyib öz ayaqqablarımı geyinib evdən çıxdım.

Soyuq mənivuranda qulağıma evdəki səslər gəldi:

Anam: "Bu qədərpulla nə edəcəyik? Uşağın məktəb pulu var, ev-eşiyin pulu var...”

Atamsusmuşdu deyəsən... Sözlərin arasına uğultu dolmuşdu ya da. Xatırlamıram indi...

Mənim heçvaxt bir topum belə olmadı. Hələ başqa oyuncaqları demirəm. Heç onlarınvarlığından xəbərim yoxdu. Başqa uşaqlarda görmüşəm o oyuncaqları. Bəzən atam nəyisəalmaqdan ötrü aylarla aldadırdı məni. Gülə-gülə yalan danışır, kürəyimdən vurubdeyirdi ki, darıxma, yaxşı olacaq.

***

Evdən çıxankimi uşaqların daha çox yığışıb oynadığı, bizdən iki küçə arxada yerləşən məhləyəüz tutdum. Həmin küçəyə də çatmamış zibillik var idi yolun üstündə. Ordan keçəndəgözüm daşın üstünə qoyulmuş qalın, boğazlı ayaqqabılara sataşdı. Təptəzəgörünürdü...

Yaxınlaşıbbaxdım. Elə bil ayaqqabıları mağazadan alıb gətirib qoyublar ki, kimsəgeyinsin. Atamın ayaqqabıları yadıma düşdü. Amma evə qayıtmağa da ərindim. Tezdaşın arxasına qoydum ki, qayıdan kimi götürərəm.

Nədənsə, həmingün o məhləyə də getmədim. Yadıma bir rus qadın düşdü. Dostumgilin məhləsindətaxtadan koma kimi düzəldilmiş yerdə yaşayırdı. Bir ara zibillikdə gecələdiyinigörmüşdüm.

Küləyin qarısovurub apardığı kimi, məni də hansısa qüvvə həmin məhləyə apardı. Fikirləşirdimki, görəsən, nə edir indi orda? Hava çox soyuqdu axı.

Ora çatanda gördümuşaqlar qar topu oynayırlar. O qadın yadlarına düşmürdü bəlkə də. Həm də niyədüşsün ki? Qarı buraxıb, qadının yanına gedəcək uşaq görmüsünüz? Mən görmüşəm.Gülməyin. Özümü deyirəm...

Komayayaxınlaşdım. Açığı, qapını açmağa qorxdum. Sınıq-salxaq yer idi. Qadınzibilliyin içində yatırdı. Üstü açıq qalırdı. Anam kimi gecələr onun üstünü örtənbiri lazımıydı o qadına. Deyəsən, arada-bir qonşular ona yemək verirdi. Heçolmasa qarnı doyurdu...

Tez fırlanıbarxa tərəfdən hasara qalxdım.

Qalxmazolardım kaş, görməzdim bu mənzərəni. Elə bil külək bir topa qarı çırpdı sifətimə.Bədəninin yarısı qarla örtülmüş cəsədlə qarşılaşdım. İlk dəfə idi ki, ölü görürdüm.Ağzı və gözləri açıq qalmışdı. Tez qışqırıb uşaqları da çağırdım. Hamı hasaraçıxıb baxmağa başladı. Çox keçmədi ki, qonşular da səs-küyümüzə çıxdı, biziqovdular ordan. Özləri qapını açdılar... Daha sonra maşın çağırıb meyidiapardılar.

Sonrasınıbiz uşaqlar bilmədik. Yəqin ki, kimsəsizlər məzarlığında basdırdılar. Başqa nəola bilərdi ki?

Kor-peşmanevə qayıtdım. İti addımlarla gedirdim ki, evdəkilərə də danışım gördüklərimi.Yolumu da həmin zibillik olan məhlədən saldım ki, orda olan ayaqqabıları dagötürüm, atama aparım. Zibilliyə çatandagördüm ki, ayaqqabılar yerində yoxdu. Ora-bura nə qədər baxsam da tapa bilmədim.O cəsəddən sonra əhvalımı düzəldəcək ayaqqabılar da sovruldu göyə. Axı onuatama aparacaqdım, axı atamın ayaqqabıları çox köhnə idi.

Evə çatandabir anlıq yerimdə dondum. Zibillikdəki ayaqqabılar qapımızın ağzında gülümsəyirdi.Qapını atam açdı. Saçını külək qarışdırdı, üzünə qar dənəcikləri qondu.