adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
10 Oktyabr 2017 15:51
18621
SİYASƏT

ATAMBAYEVDƏN NAZARBAYEVƏ AĞIR İTTİHAMLAR

Qırğızıstan prezidenti Aslanbəy Atambayev Qazaxıstan prezidentininünvanına sərt ittihamlar yağdırıb. Buna səbəb prezidentliyə keçmiş namizədlərdənbirinin səs yazısının yayılması olub. Həmin səs yazısında deyilir ki, Babanov(seçkinin favoritlərindən biri) prezident seçiləndən sonra mən onunla şəriklibiznes quracam. 

Ötən şənbə baş nazirin müavinin ölümüylə nəticələnən avtoqəzanınşoku içində olan prezidenti də elə bu söz cin atına mindirib və o, qəzəbini həminnamizədlərin himayəçisi hesab edilən (xatırladaq ki, bu yaxınlarda Qazaxıstanprezidenti Babanovla şəxsən görüşüb) N. Nazarbayevin üstünə töküb: "Mən ədalətliseçkilər keçirməyə söz vermişəm və sözümün üstündə duracam. Ancaq bizim ölkəmizbu cür namizədlər üçün kommersiya boxçasıdır.” Onun sözlərinə görə Bişkekə bucür namizədləri soxuşduran məhz Qazaxıstandır. A. Atambayev daha sonrabildirib: "Nazarbayev deyir ki, təkcəAlma-Atanın ümumdaxili məhsulu Qırğızıstanın ümümdaxili məhsulundan 5 dəfə,Qazaxıstanınkı isə 10 dəfə çoxdur”. "Bəs niyə pensiyalar 10 dəfə yox, cəmi 1,5 dəfəçoxdur” – deyə Atambayev öz ritorik sualına özü də cavab verir: "Çünkioğurlayırlar”. Qırğız prezidentinin sözlərinə görə Qazaxıstanı narahat edənonun ölkəsində azad və ədalətli seçkilərin keçirilməsidir. Qazaxıstan rəsmiləribunu pis nümunə hesab edir və özləri üçün təhlükə sayır. "Qazaxıstan prezidentideyir ki, Qırğızıstana gənc prezident lazımdır – deyə Atambayev davam edir. –Bizim prezidentliyə namizədlərimizin ən böyüyü Nazarbayevdən 20 yaş balacadır.Mən özüm isə 16 yaş. İndi kimə, bizə, yoxsa onlara gənc prezident lazımdır?”

P.S. Qirğizistanda prezident seçkiləriOktyabrın 15-də keçiriləcək. Bu barədə saytımızda daha geniş məqalə ilə sabahtanış ola bilərsiniz.