Ata-oğulun öldüyü hadisənin - Təfərrüatı
Bakı şəhər Nəsimi rayonu 4-cü mikrorayon ərazisində ata və oğlunun öldüyü hadisə ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Adalet.az xəbər verir ki, 20 Yanvar küçəsi 39 ünvanındakı binada yerləşən mənzillərin birində 13 yaşlı Kamran Abıyev və atası Əbülfəz Abıyevin öldüyü hadisədə qaz sızmasının hamamdakı su qızdırıcısına (“ptiminutka”) görə baş verməsi dəqiqləşib.
Bildirilib ki, iyunun 7-nə keçən gecə Nəsimi rayonunun bir hissəsində içməli suyun verilməsində qısamüddətli fasilə olub. Bu səbəbdən onlar hamamda suyu açıq qoyublar ki, gələndə xəbər tuta bilsinlər. Su verilişi bərpa ediləndə hamamdakı su qızdırıcısı işə düşüb. Su verilişindəki qısamüddətli kəsintilər səbəbindən qızdırıcıdan qaz sızıntısı başlayıb və mənzilə dolub.
Hadisə zamanı Əbülfəz Abıyev və kiçik oğlu Kamran hamam yaxınlığındakı otaqda olduqlarından onlar yatdıqları yerdə qazdan zəhərlənərək ölüblər. Böyük oğlu Nurlan isə digər otaqda imiş.
İyunun 7-si saat 17 radələrində onlardan xəbər ala bilməyən yaxınları qapını açdırıblar və ata ilə 2 oğlunu huşsuz halda aşkar ediblər.
Həmçinin bildirilib ki, Əbülfəz Abıyevin allergiyası olduğundan pəncərələri bağlı saxlayıbmış.
Qeyd edək ki, K.Abıyev Nəsimi rayon 247 saylı orta məktəbin 7-ci sinif şagirdi olub. Ə.Abıyev isə Avropa Azərbaycan Məktəbinin müəllimi imiş.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.
Digər Xəbərlər
22 Iyul 2026 17:35
Motosiklet sürən qızdan gözünü çəkə bilmədi - Qəza törətdi - VİDEO
22 Iyul 2026 15:57
Rüfət Əhmədzadə vəfat etdi
22 Iyul 2026 07:40
Nabranda 18 yaşlı qız dənizdə batdı - Axtarılır
21 Iyul 2026 15:02
Kəlbəcərdə sursat partladı - Çoban xəsarət aldı
21 Iyul 2026 14:23
Sumqayıtda 7 gün əvvəl itkin düşən gəncin meyiti dənizdə aşkarlandı
21 Iyul 2026 12:05
"Şişi bədənimə saldığını hiss edirdim" - Qanunsuz estetik əməliyyat edilən qadın danışdı
21 Iyul 2026 10:44
Kanadada yaşayan azərbaycanlı gənc faciəvi şəkildə vəfat etdi
20 Iyul 2026 22:00


Bakı -°C

