Ata millət, Ana millət, ağlamağın yeri deyil, ağlama! - Pərvanə Bayramqızı yazır

Elə oğul istəyir, Vətən, Azərbaycan deyiləndə ayağa dursun.
Elə oğul istəyir, Vətən "off Bakı, bu ayrılıq mənə ölümdən betər" deyib göynəyən vətəndaşı olmasın.
Elə oğul istəyir, Vətən haqqı olsun öyünməyə Azərbaycan deyəndə.
Elə oğul istəyir, Vətən can istəsə, can versin, qan istəsə qan versin.
Elə oğul istəyir, Vətən torpağını geyinsin əyninə, mümkünə döndərsin çox namümkünü.
Elə oğullarımız var. Azərbaycan deyiləndə ayağa durdular, can verdilər, qan verdilər, torpağını əyinlərinə geyindilər, çox namümkünü mümkünə döndərdilər, üçrəngli bayrağı qanlarıyla Vətən göylərinə çəkib öyünməyə haqq qazandılar.
Durdu ayağa, azad olacaq, tamam yanmaz Azərbaycan!
Çünki bu gün ölənlərin əvəzinə qalanımız Vətən deyir.
Canavarlar önündə ağlamaq olmaz!
Ata millət, Ana millət, ağlamağın yeri deyil, ağlama!
Anım Günündə - Milli Qürur Günümüzdə misralarını təhrif etdiyim Almas İldırımı, Məmməd Arazı, Balaş Azəroğlunu, M.Şəhriyarı, Cabir Novruzu, Tofiq Bayramı, B.Vahabzadəni, Xəlil Rza Ulutürkü ehtiramla xatırlayır, Kəmalə Abıyevaya can sağlığı arzu edirəm. Onların şeirlərinin vətənpərvərlik ruhunda tərbiyəyə böyük təsiri olub.
Digər Xəbərlər

Milli poeziyamızın Vaqif Aslan mərtəbəsi

Elnur Uğur: Neftçalada bir ocaq var...

" Dəli"

“Adı ilə yaşamayan...” - Pərvanə BAYRAMQIZI yazır

Nəzərlilərə bir nəzər - Tərlanə Yaqubqızı yazır

Hüseyn Cavid: milli ruhlu müəllim, yaxud millət müəllimi

"Solovyov üçün cəhənnəmdəki VİP qazanda yer hazırlanıb" - Xalq yazıçısı Anarın açıq məktubu
