adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
16 Aprel 2019 16:33
18079
ƏDƏBİYYAT

AT MURADDI - Ramiz İsmayıl yazır

Bazardakı həmkarları zarafatlamı, doğrudanmı, lağaqoymaq məqsədiləmi Mirhəsənə "Seyid” deyirdilər. Həsən sözünün əvvəlindəki"Mir” sözü çoxlarını "aldatmışdı”. Mirhəsən də üstünü vurmur, qımışa-qımışa özçax-çuxunu eləyirdi. Atası Mirəli kişinin Seyidlərə olan inamının nəticəsi idiki, o biri qardaşının da adı Mirsöyün idi. Mirəli kişi heç vaxt "Seyid övladı”olduqları iddiasında olmamıdı. Birincisi, ona görə ki, həqiqətən seyiddeyildilər, ikincisi də kənd camaatı onları lap yaxşı tanıyırdı və Mirəli kişibilirdi ki, bircə kəlmə ağızlarından "seyidəm” sözünü çıxartsalar, iki gününiçində onları lağa qoyub dəli eləyəcəklər. Bu kəndin camaatından "köç ötürmək”mümkün deyildi. İndi bura şəhər yeri idi, kim Mirhəsəni tanıyırdı ki? Üstəlikseyidə buralarda daha çox inanırdılar, nəinki Mirhəsəngilin kəndində.

Mirhəsən də üstünü vurmur, "başını aşağı sallayıb”işini görürdü. "Meyvəli” deyilən yerdən gətirilən soğan, kartof, alma-armud,limon; nə olur-olsun malları satmaqla birtəhər ailəsini dolandırırdı. İlboyuömrünü-gününü bazarda keçirən Mirhəsən özünün dediyi kimi evə leş kimi gəlirdi.Hərdən öz-özünü danlayırdı: elimi-obamı buraxıb burda nə ölümüm var mənim,deyirdi. "Bazarda hər cür adama rast gəlirsən. Biri beş qəpikdən ötrü bir saatçənə-boğaz vurur, biri söyür, biri "haramınız olsun” deyir, biri tərəziyəinanmır. Hər cür adam var, gərək hamısı ilə dil tapasan. Get, özkəndində-kəsəyində maldan-qoyundan saxla, başını girlə də. Burdakı yaşadığımyeri anam görəndə arvad üzünü cırdı: "anan ölsün, ay bala, bu nə dam-daşdı? Adıolsun ki, şəhərdə yaşayırsan. Dədənin tövləsi burdan yaxşıdır. Usuf müəlliminuşaqları yaxşı əhəng bişirirlər. Get, bir vedrə əhəng al, tövləni ağart, içindəyaşa, a bala, bu nə ev-eşikdi. Donuzu itələsən içəri girməz. Yazıq anam, elədonuzun çığırtısından qorxdu, gecə səhərə kimi yata bilmədi. Qonşumuz "xryuşaHətəm” həyətində donuz saxlayır. "Qaçqınam” deyib həyasızlığına salıb, heç kimdə heç nə deyə bilmir. Anam bircə gün qaldı bizdə. Nə qədər yalvardım-yaxardımdayanmadı. Gedəndə də dönə-dönə tapşırdı: a bala, ömrünü-gününü burda çürütmə,qayıt kəndə gəl. Avtobusa minəndə arvad lap kövrəlmişdi: kəndə gəl, a bala, yazıqsan,gəl, dədən sənə məhləmizin ayağından bir ev tikdirsin, adam kimi yaşa!

Mirhəsən hərdən kənddən çıxdığına təəssüflənirdi.Düz-əməlli ev-eşik də qura bilməmişdi. Şəhərin ucqar yerində "naxalnı”da birbalaca daxma düzəltmişdi. Sonra birini də böyründən artırdı. Şəraiti çox pisidi. Amma buna da "çox şükür” deyirdi. Kənddə qalsam mən də "itdöyənin” biriidim. İş yox, güc yox, axşama kimi get kəndin köhnə klubunda domino vur, evəqayıt. Bu da bir həyat deyildi. Şəhərdə yenə bazarda çax-çux eləyir. Yenə sağ olsunqohumu Sabit, bazarda ona da yer düzəltdi. Bir tikə çörək pulu çıxarda bilir.Evdə televizoru, ən vacibi isə özünün də, arvadının da cib telefonları var.Düzdü, ona az-az hallarda zəng vururlar. Arvadının hər axşama yaxın zəng vurub"evə filan-filan şeylər al” deməsini nəzərə almasaq qardaşı Mirsöyündən başqaaz-az adam ona zəng vururdu. Arvadı atasıgilnən hər gün danışırdı. Neçə dəfədanışmağını Mirhəsən bilmirdi. Amma həftədə ən azı iki dəfə arvadınıntelefonuna kontur yükləyirdi. Hələ arvadı ondan xəlvət nə qədər yükləyirdi,Mirhəsənin xəbəri yox idi. Ha deyirdi dədəngilnən az danış, arvadı qulaqardınavururdu.

Axşam yenicə divana uzanıb mürgüləmək istəyirdi ki,telefonu zəng çaldı. Mirsöyün idi. Sevindi. Həm kənddən hal-əhval tutacaqdı,həm də kontur Mirsöyündən gedəcəkdi. Mirhəsən tez düyməni basıb "alyo” dedi.Fikirləşdi ki, birdən Mirsöyün "vızıv” atmış olar. Mirhəsən sevincəkata-anasını soruşdu, havaların necə keçməsi ilə maraqlandı, kənddə nəyeniliklər var, ölən, qalan, toy eləyən...

-Gördüyün köhnə kənddi. – Mirsöyün cavab verdi.

-Ay Miri, ayə qadan alım, niyə bu tərəflərə hərlənmirsən?Yayın günüdü, uşaqları orda niyə bişirirsən? Yığışın gəlin, Allah verəndən birşey tapıb yeyəcəyik dana!

-Nə bilim, ay Mirsöyün! Vallah kənddən ötrü ürəyim dətökülür. Amma...

-Nə amması var, yığışın gəlin. Anam da hey deyir, gədəorda istidən bişdi.

-Anam nə təhərdi, ağrıyıb eləmir ki?

-Yox, yanımdadı, al, danış.

-Konturun-zadın varmı? Yoxsa özüm yığım? – Ürəyindədeyirdi: "nə ola deyə var”.

-Saatı yeddi qəpikdi, nə qədər istəyirsən danış. Verirəmanama!

Mirhəsən ürəyində "şükür” deyib anasının səsini gözlədi.

-Axşamın xeyir, ay Miriş! Nə təhərsən, dərdin ürəyimə?

-Sağ ol, ay ana! Yaxşıyam! Sən nətərsən? Nə var, nə yox?

-Sağlığın, qadan alım! Balaların nətərdi, qurbanın olum?

-Qurbanın qoyun olsun, ay ana, yaxşıdılar.

-A malların qadan alsın, kəndə niyə gəlmirsən? Yoxsabizdən küsüfsənmi? Gözdüyürsən ki, havax öləcəyik, ondamı gələcəksən?

-İraq candan, ay ana, sizi istəməyən ölsün. Allahımızhaqqı, imkan eləyə bilmirəm. İşi buraxıb gəlmək olmur. Buraxıb getsəm, yerəlimdən çıxacaq! Başa düşürsənmi? Gələcəm, vallah, bir yan-yön eləyib gələcəm.Dədəm nə təhərdi?

-Dədəndi dana, nə təhər olasıdı, yeyib-içib şellənir!

-Təki yaxşı olsun! Özünüzdən müğayat olun!

-Sağ ol, qadan ürəyimə. Ala, gör qardaşın nə deyir.

Anası bunu deyib "sağollaşdı” və telefonu Mirsöyünəverdi.

-Hə-ə, Miriş! – Mirhəsən danışmağa başladı. – Dedim görümnağarırsan. Çoxdandı nə gəlib-getmirsən, nə zəng vurmursan! Bunlar daqocalıblar. Qulluq eləyən-zad da yoxdu.

Mirhəsən qımışdı: "qara qızın dərdi var”.

-Ayə, yoxsa evlənmək istəyirsən?

-Üzüm ayağının altına! Özün başa düşdün. Nə vaxta kimisubay gəzəcəm. Mənim tay-tuşlarımın uşaqları məktəbə gedir. Anam özü demədi,mənə dedizdirdi. Vaxt elə gəl, görək nağayırırıq?

-Biz evlənmişik, ağzımız balamı batıb? Allah öyünü tiksinsənin! Qız-zad tapıbsanmı?

-Dünya dolu qız döymü? İtə daş atırsan qıza dəyir! Biriniqamarlayıb gətirəcəyik dana!

Mirhəsən güldü:

-Gətirməyinə gətirərsən. Amma o gətirdiyin dədəmizə-anamızabaxacaqmı? Bizi dədəmizin qapısına qoyacaqmı?

-Baxmayıb nə qələt eləyəsidi?

-Ayə, oddu-oddu danışma! Mənimki öz xalamız qızıdı. Doğmaxalasına nə baxdı ki, yad qızı nə baxa. Gör nə deyirəm.

Mirsöyün nəsə demək istəyirdi, Mirhəsən onu qabaqladı:

-Gör nə deyirəm, qulaq as! Sən belə elə, get bir at al.

-Atı neynirəm qağa?

-Arvaddan at yaxşıdı. At muraddı!

-Lağ-lağından qalmırsan də-ə!

-Canın haqqı düz sözümdü! – Sən bir at al! Paltaristəmir, ayaqqabı istəmir, qızıl-mızıl tələb eləmir. Arvad nəyinə lazımdır?Polu tozsoranla təmizləyirsən, paltarları maşın yuyur, çörəyi mağazadanalırsan. Arvad əlini ağdan-qaraya vurmur, məhlədə işləmir, mal-qoyun saxlamır,yer şumlamır, ot yığmır, odun yarmır, dədənə-anana baxmır. Neynirsən arvadı? Atal, yerini şumlasın, otunu-suyunu gətirsin, odununu daşısın. Həm də minərsən!

-Sən nə danışırsan? Arvadın yeri ayrı, atın yeri ayrı!Qaramurad camaatının ağzına söz salma! Eşitsələr bizi it... odlayarlar.

-Ayə, sənə nə deyirəm, onu elə! Camaatın nəyinə lazımdır!At al!

-Məcbur eləyirsən deyirəm, arvad lazım olanda neyləyimbəs?

Mirhəsən şit-şit gülməyə başladı:

-Qağa, bu telefon söhbəti deyil. Gələndə başa salaram.

Mirhəsənin gülüşü Mirsöyünə lap yer elədi.

-Arvadın yanında, ağlın da başında, nə vecinə biz nələrçəkirik!

-Ay Mirsöyün, deyəsən xətrinə dəydi. Arada imkan tapıbgələcəm. Söhbət edərik.

Sağollaşıb telefonları söndürdülər. Səhər tezdən Mirsöyünqoyunları örüsə ötürəndə topal Həmidin oğlu çolaq Qulu onunla salamlaşıb atmacaaldı.

-Ay Mirsöyün, eşitmişəm at almaq istəyirsən. Kor Qasımdayaxşı bir madyan var. Özüm ölüm, keçiləsi at deyil. Lap bəzəkli gəlindi. Göryollaşa bilsən, onu al, uduzmazsan!

Mirsöyün məəttəl qalmışdı. Maddım-maddım çolaq Quluyaxeyli baxıb başını buladı.

-Atı neyniyirəm ə-ə! – dedi və hirslə çolaq Quludanaralandı. "Almırsan heç alma, acığın niyə tutur” deyən çolaq Qulunun sonsözlərini eşitmədi.

"Bu köpəyoğlu at söhbətini hardan eşidib!” deyəfikirləşdi. Batdım! Kəndin ağzına söz düşsə gərək kənddən köçüm!

Günortaya yaxın camaatın yığıldığı "dükanların qabağı”deyilən yerdə söhbət edənlər "Mirəlinin uşaqları yaxşı ideya irəli sürüblər”deyə at almaq məsələsini "müzakirəyə” çıxartmışdılar.

Mirhüseyn düz fikirləşmişdi: "Bu kəndin camaatınınyanından köç ötürmək” mümkün deyildi

25-27.08.2016

Xırdalan şəhəri