Astarada 3 yaşlı uşaq faciəvi şəkildə ölüb
Astara rayonunda 3 yaşlı körpə faciəvi şəkildə ölüb.
Adalet.az xəbər verir ki, hadisə rayonun Artoba kəndində baş verib.
Belə ki, həmin kənddə yaşayan 3 yaşlı Ağazadə Həlimə Kamran qızı xəstə olduğu üçün valideynləri tərəfindən ona dərman verilib. Bir qədər sonra uşağın vəziyyəti pisləşib. Məlum olub ki, qəbul etdiyi dərmanın boğazında qalması nəticəsində körpə boğularaq ölüb.
Körpənin meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə yerləşdirilib.
Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.
Digər Xəbərlər
03 May 2024 16:04
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
03 May 2024 10:48Ölkəyə onlarla kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
01 May 2024 09:43Evlərdən mobil telefonlar oğurlayan şəxs saxlanılıb
30 Aprel 2024 11:00Ötən gün vətəndaşlardan avtomat və qumbaralar götürülüb
30 Aprel 2024 10:06