Astarada 15 top mərmisi tapılıb
Astarada 15 ədəd partlamamış top mərmisi tapılıb.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Adalet.az-a verilən məlumata görə, bu gün saat 00:14-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Astara rayonu, Həzi Aslanov küçəsində 9 ədəd mərminin tapılması barədə məlumat daxil olub.
Məlumatın gecə saatlarında daxil olduğunu nəzərə alaraq Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu səhər saatlarında həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə qazıntı aparılan hissəyə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 15 ədəd partlamamış hərbi sursat (10 ədəd 82 mm-lik geritəpməsiz top mərmisi (BK-881), 2 ədəd 107 mm-lik geritəpməsiz top mərmisi (BK-883), 2 ədəd 73 mm-lik geritəpməsiz top mərmisi (BK) və 1 ədəd 82 mm-lik top mərmisi (O-832)) aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Aşkar olunmuş mərmilərin ətrafında 800 kv.m əraziyə yerüstü və 30 kv.m əraziyə yeraltı baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.
Digər Xəbərlər
30 Aprel 2024 00:02
ADNA terrorundan 15 İL ÖTÜR
29 Aprel 2024 17:09Sabirabadda 28 yaşlı gənci "tok" vurdu
29 Aprel 2024 15:30Minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - YENİLƏNİB
29 Aprel 2024 14:42Vasif Səmədov VƏFAT ETDİ
29 Aprel 2024 13:51